Güney azərbaycanlılar Əliyevdən kömək istədi - VİDEO
GünAz TV-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından olan Əhməd Obalı Güney Azərbaycanda dünən gecə baş verən zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb.
Sonxeber.az Musavat.com-a istinadən məlumatına görə, Əhməd Obalı bildirib ki, Xoy şəhərinin yaxınlığında hələ 10 gün əvvəl baş verən güclü zəlzələdən sonra onlarla soydaşımız evsiz qalıb:
"Onlar bu gün də küçələrdə gecələyir, mənfi on dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Eyni zamanda, dünən gecə baş verən zəlzələdən sonra da İran dövlətinin dediyinə görə, 973 nəfər yaralanıb, ölənlər var. 70 kəndin 80 faizi dağılıb. Bundan öncəki statistikaya baxsaq deyə bilərik ki, xəsarət alan və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib..."
Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinadsız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib:
"İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm".
Onu da qeyd edək ki, bu dəqiqələrdə İranın Xoy şəhərində 4,5 bal gücündə daha bir zəlzələ olub. Zəlzələ Naxçıvanda da hiss edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb