Azərbaycanda ən çox ziyarət olunan dövlət saytları açıqlanıb
2022-ci il ərzində "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəsmi saytı olan azal.az saytı ən çox müraciət edilən dövlət orqanının saytı olub.
Bu barədə Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Adıçəkilən Mərkəz saytlarla bağlı bu statistikanı həm toplam giriş sayına görə, həm də unikal giriş sayına görə açıqlayıb.
Hər iki kateqoriya üzrə ilk 4-lük dəyişməz olaraq qalıb. Belə ki, ikinci yerdə Dövlət İmtahan Mərkəzinin dim.gov.az, üçüncü pillədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və 4-cü pillədə isə Azərbaycanın aşağı büdcəli hava yolu şirkəti olan "Buta Airways"in butaairways.az saytı qərarlaşıb.
Toplam giriş sayına görə 5-ci yerdə Müdafiə Nazirliyinin mod.gov.az, 6-cı sırada Elm və Təhsil Nazirliyinin edu.gov.az, 7-ci pillədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) aztv.az saytı yerləşib.
Bu kateqoriya üzrə son 3 yerdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) science.gov.az, "İdman Azərbaycan TV"-nin idmantv.az və Daxili İşlər Nazirliyinin (DİN) mia.gov.az saytları qərarlaşıb.
Unikal giriş sayına görə saytların sıralamasına gəlincə isə, burada 5-ci pillədə Elm və Təhsil Nazirliyinin edu.gov.az, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) asan.gov.az, Müdafiə Nazirliyinin mod.gov.az saytı yer alıb.
Bu kateqoriya üzrə son 3-lükdə ardıcıl olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) taxes.gov.az, Dövlət Gömrük Komitəsinin (DGK) customs.gov.az və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) aztv.az saytı qərarlaşıb.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1881 Tarix: 04 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabr