Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMA

Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMAÇinin Hangzhou şəhərindən olan tələbə Çjou Yi süni intellekt (Artificial Intelligence) vasitəsi ilə riyaziyyatla bağlı problemlərini həll edib. Xüsusi alqoritm tələbənin dərslərinə nəzarət edib və semestrin sonunda Çjou test üçün maksimum bal toplaya bilib. 2019-cu ildən Çin məktəblərində süni intellekt dərslərini tədris etmək üçün 10 cildlik süni intellekt dərsliyi seriyasının işıq üzü görməsi şagirdlərin yeni texnologiyalarla təmasını daha da sıxlaşdırıb. Şagirdlər bu fənni ya seçmə, ya da məktəb kurikulumunun bir hissəsi kimi öyrənirlər. Süni intellektin inkişaf tarixini və bu texnologiyaların üz tanıma, avtonom idarəetmə və ictimai təhlükəsizlik kimi sahələrdə necə tətbiq oluna biləcəyini təsvir edən dərsliklər Çin hökumətinin qərarı ilə ibtidai və orta məktəblərin kursu üçün yazılıb.

"Bu, uşaqlara təkcə mövzuya dair zəruri elementar biliklər vermək deyil, həm də onların yaradıcılıq qabiliyyətlərini və təxəyyüllərini maksimum dərəcədə üzə çıxarmaq və reallaşdırmaq üçün edilir. Digər nəşrlərdən fərqli olaraq, bu dərsliklər sizə "şagirdlərin həm əllərindən, həm də beynindən" istifadə etməyə imkan verəcək", - deyə Çin hökumətinin qərarında qeyd edilib. Nəzəri təlimdən dərhal sonra proqramın daha yaxşı başa düşülməsinə və mənimsənilməsinə yönəlmiş praktiki məşğələlər keçirilir. Çində süni intellektin öyrənilməsi üzrə məktəb dərsliklərinin tətbiqi onu göstərir ki, süni intellektin tədqiqində böyük irəliləyiş əldə edən ölkə bu texnologiyanın öyrənilməsini mümkün qədər çox uşaq üçün əlçatan etmək qərarına gəlib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda ölkəmizdə səfərdə olan "Microsoft" şirkətinin rəsmiləri ilə görüşdə müxtəlif təhsil pillələrinin idarə olunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanlarının müzakirə edilməsi bizim təhsilin də süni intellektin tətbiqinə yaxınlaşdığından xəbər verir.

Proqnozlara görə, tezliklə təhsili süni intellektin (AI) iştirakı olmadan təsəvvür etmək mümkün olmayacaq. İstər-istəməz sual yaranır: süni intellektin təhsil prosesinə inteqrasiya olunmasının əhəmiyyəti nə olacaq? Yeni texnologiyaların təhsilalanlar üçün hansısa təhlükəsi varmı?

"Kaspi" qəzetində mövzu ilə bağlı məqalə yayımlanıb.

Ekspertlər hesab edirlər ki, süni intellekt təhsil sahəsini ciddi şəkildə dəyişəcək. Belə ki, tədris üsulları, öyrənmə yolları, biliyə çıxış və müəllim hazırlığı inqilabi dəyişikliklərə məruz qalacaq.

ADA Universitetinin professoru Gülməmməd Məmmədovun fikrincə, süni intellekti təhsildə iki istiqamətdə tətbiq etmək olar: "Süni intellekt haqqında dərsliklərdə şagirdlərin başa düşəcəyi dildə məlumat verilməlidir. Süni intellekt təhsildə işlənən texnologiyaların tərkib hissəsi ola bilər. Yəni bu texnologiyalar süni intellekt əsaslı olmalıdır. Əslində günümüzdə yüksək texnologiyaların elementləri istifadə olunur. Artıq onunla ünsiyyətimiz var. Telefonlarımızda, cihazlarımızda olan tətbiqlər xidmətlər göstərir. Günümüzdə hansısa bir təhsil proqramında yüksək texnologiyalar, mobil telefonlar və ya planşetlərdən istifadə edilirsə, bu o deməkdir ki, onlar vasitəsilə süni intellekt istifadə edilir".

Riskə gəlincə, professor hesab edir ki, məlumatların ikinci şəxsə ötürülməsi təhlükəsi hər zaman var. Belə ki, texnologiyalardan istifadə edəndə bu, narahat olacağımız məqamdır: "Ümumiyyətlə, texnologiyalardan istifadə edəndə onun riskli tərəfləri də olur. İstifadə zamanı bu riskləri də idarə etmək olar. Süni intellekt bir qədər qorxulu səslənə bilər. Şagirdlər süni intellekt cihazı ilə ünsiyyət qurursa, müəyyən dərəcədə ehtiyatlı davranmalıdırlar. Kiber mühitdə olanda bu riskləri gözə almalıdırlar". G.Məmmədov süni intellektin təhsildə tətbiqi ilə bağlı səslənən proqnozlara da münasibətini bildirir: "Elə bir inanc var ki, gələcəkdə təhsil süni intellekt vasitəsilə veriləcək. Müəllimlərin tədris prosesində iştirakı keçmişdə qalacaq. Bu, müəyyən dərəcədə doğru olsa da, tam belə olması mümkün deyil. Tədris prosesi təkcə biliyin müəllimdən şagirdə ötürülməsi deyil, öyrənənlə öyrənən arasındakı qarşılıqlı mübadilədir. Süni intellekt öyrənmədə empatiyanı, müəllimi, bağçada tərbiyəçini, insanın emosional hisslərini əvəz edə bilməz. Ən azı, bu, yaxın gələcəkdə mümkün deyil".

İT mütəxəssisi Emin Axundov yaxın gələcəkdə süni intellektin nəinki təhsili, bütün sahələri əhatə edəcəyi fikrindədir. Belə ki ölkə təhsilində artıq "Virtual məktəb" platforması kimi bir təcrübə mövcuddur. "Pandemiya dövründə "Virtual məktəb" layihəsi həyata keçdi – bütün müəllim və şagirdlər virtual mühitdə görüşdülər. Onların hər bir addımı elektron mühitdə olduğuna görə qeydə alınırdı. Şagirdlərimiz haqqında çox data yığsaq, onların fənn üzrə gələcək nəticələrini də proqnozlaşdıra bilərik. Süni intellektin tətbiqi sübut olunmuş proqnoz əsasında hansısa faktorları dəyişməklə daha yaxşı nəticəyə gəlib çıxmağın bir yoludur".

Ekspert hesab edir ki, biz bu tətbiqə kifayət qədər hazırıq: "Rəqəm yığmaq baxımından yaxşı təcrübəmiz oldu. Nazirlik kiçik və böyük summativ qiymətləndirmələri (KSQ və BSQ) keçirdi. Bir neçə məktəb qeydiyyatın daha çevik olması üçün bunu elektron formaya keçirir. Əgər bizim təhsil sistemi virtual məktəbin elementlərini istifadə etsə, o zaman uşağın ev tapşırığı fəaliyyəti kompüterdə qeyd olunur. Biz ölkə olaraq bəzi dəyişikliklərə hazırıq. "Microsoft"un sistemində iştirak edən ölkələrdən ən yaxşılardan biri biz idik. Bizim təhsil kütləmiz göstərdi ki, lazım olan vaxt vəziyyətdən çıxa bilir. Pandemiya vaxtı şagirdlərin 70 faizi dərslərə telefonla, 30 faizi kompüterlə daxil olurdu. Müəllimlər isə əksinə, 70 faiz kompüterdən, 30 faiz telefondan istifadə edirdi. Dövlətin dəstəyi olmadan insanlar özləri bunu etdi. Datanın daha detallı yığımı, elektron hökumət alətlərinin çoxalması əminəm ki, bir ilə ölkə təhsilinin idarə edilməsində süni intellektin tətbiqinə nail olmağa imkan verəcək".

Ekspert süni intellektin tətbiqinin əhəmiyyətini belə izah edir: "Qərarlarımız daha əsaslı, düzgün və reallığa əsaslanan olacaq. Bu da nəticələrin yaxşılaşmasına gətirəcək. Subyektiv faktor aradan qalxacaq. Maliyyə, inzibati planlamada daha yaxşı nəticələr göstərə bilərik. Bundan başqa, süni intellektin tətbiqi bütün sahələrdə günün tələbi olacaq". E.Axundov hesab edir ki, süni intellektin əsasları haqda şagirdlərimizə də məlumat verməliyik: "Gələcək peşəkarlara gələcəyin istiqaməti haqda məlumat vermiş olacağıq. Həkimlərimiz, polislərimiz, mühəndislərimiz və başqa peşə sahiblərimiz də süni intellekti başa düşəcək. 4-cü sənaye inqilabının özəyi də məhz süni intellektdir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1799   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdır

"Qurğuşun dünya bazarlarında alınıb-satılan ən ucuz metal hesab olunur, onun bir tonunun dəyəri 2 00 dollara çatmır". "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Antonina Levaşşenko məlumat verib. "Dünya bazarlarında satılan ən ucuz metal qurğuşu

4 may
.

"Al"la düzələn şəklini paylaşıb zarafat etdi - "Məni yaxşılaşdırıblar"

İtaliyanın Baş naziri Ciorcia Meloni instaqram hesabında süni intellekt vasitəsilə yaradılan saxta fotoları ilə bağlı paylaşım edərək izləyicilərini xəbərdar edib. xarici mediaya istinadən verir ki, Meloni son günlər müxalifləri tərəfindən paylaşılan və həqiqət kimi təqdim edilən süni intellekt məhsul

5 may
.

Kleopatra həqiqətən ilan səbəbindən ölüb?

Tarixin ən çox müzakirə olunan qadın fiqurlarından biri olan Kleopatra Miladdan əvvəl 30-cu ildə vəfat edərkən arxasında minilliklər boyu davam edən bir sirr buraxıb. Roma İmperiyasının yüksəlişi qarşısında dayanmaqda çətinlik çəkən və Aktium döyüşündəki məğlubiyyətdən sonra çətin vəziyyətə düşən kraliçanı

6 may
.

Qırmızı saçlı insanların hüceyrə "supergücü" qədim təkamül sirrini ortaya çıxardı

Qırmızı saç və narıncı lələklər uzun müddət riskli təkamül xüsusiyyəti kimi qiymətləndirilib. Bunun səbəbi əvvəlki tədqiqatların onları hüceyrə stressini artıran və insanlarda xərçəng riskini yüksəldə bilən dəri piqmentləri ilə əlaqələndirməsi idi. Yeni araşdırma isə göstərib ki, müəyyən şəraitdə həmi

8 may
.

Zəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?

İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə " nəşrinə Göttingen və Sibir Federal universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, rusiyalı genetik Konstantin Krutovsk

6 may
.

Rusiya çempionu güllələndi

Naməlum şəxslər Rusiya funksional çoxnövçülük çempionu Dmitri İsayevi Kaluqada güllələyərək öldürüblər. -ın xarici mediaya istinadən məlumatına görə, cinayət mayın 7-si gecəsi baş verib. Məlumatı onun ən son işlədiyi klub da təsdiqlənib. Digər xəbərə görə, hücum edən İsayevin sevgilisinin keçmiş sevgilis

7 may
.

Kenquruların diş quruluşunun təkamül sirri açıldı

Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır. "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar. Adətən, atlar, zebrala

7 may
.

Sinqapurda intizamı pozan məktəblilərə QEYRİ-ADİ CƏZA

Sinqapurun orta məktəblərində intizamı pozan oğlan şagirdlər üçün sərt fiziki cəzaları nəzərdə tutan yeni qaydalar qüvvəyə minib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, fiziki zorakılıq da daxil olmaqla, ciddi nizam-intizam qaydalarını pozan məktəblilər

7 may
.

Qadınlar metroda gənc qızların fotosunu çəkən şəxsi döydülər - VİDEO

Tokyo metrosunda gənc qızların gizli şəkildə uyğun olmayan fotolarını çəkdiyi iddia edilən şəxs qadın sərnişinlər tərəfindən saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, metroda gənc qızların gizlicə fotolarını çəkməyə çalışan şəxs qadın sərnişinlərin diqqətini çəkib. Vəziyyətin fərqinə vara

7 may