Premyer Liqa: "Zirə" və "Qəbələ" hərəyə 1 xalla kifayətləniblər

Premyer Liqa: "Zirə" və "Qəbələ" hərəyə 1 xalla kifayətləniblərAzərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Turnir cədvəlində "qonşu" olan "Zirə" və "Qəbələ" birincilərin meydanında üz-üzə gəliblər.

UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb. "Qəbələ" Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.

Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.

Hazırda "Zirə" 32 xalla turnir cədvəlinin dördüncü, "Qəbələ" isə 27 xalla beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda "Kəpəz"lə "Qarabağ" heç-heçə (1:1) ediblər. Bu gün "Neftçi" – "Sumqayıt", fevralın 6-da isə "Şamaxı" – "Turan Tovuz" və "Sabah" – "Səbail" görüşləri keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1104   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Arda Güler və Kenan Yıldız eyni komandada ola bilər

Real Madrid gənc istedadlara yönəlmiş transfer strategiyasını davam etdirir. İspaniya nəhənginin Juventusda çıxış edən Kenan Yıldızı heyətinə qatmaq istədiyi iddia olunur. türk mediasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət çəkib. O, 46 rəsmi matçda 1

13 may
.

"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI

Azərbaycan çempionu kimi ölkəmizi təmsil edəcək "Sabah" klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki ehtimal olunan rəqiblərinin adlarına böyük ölçüdə aydınlıq gəlib. xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsi 28 komandanın gərgin mübarizəsinə səhnə olacaq

19 may
.

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu - SİYAHI

"Qarabağ"ın Avropa Liqasında qarşılaşa biləcəyi potensial rəqiblərin bir qismi artıq müəyyənləşib. xəbər verir ki, təmsilçimiz püşkatma mərasiminə üstün mövqedən qatılaraq səpələnmişlər səbətində yer alacaq. Məhz bu amil komandamıza ilk mərhələdə reytinq xallarına görə nisbətən daha zəif rəqiblərl

19 may
.

"Qarabağ"ın daha 2 rəqibi bəlli oldu

Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın daha iki potensial rəqibi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bunlar Serbiyanın "Voyvodina" və Rumıniyanın "Universitatya Kluj" klublarıdır. Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu

20 may
.

Altı futbolçu "Qarabağ"ı tərk etmək üzrədir, Zubir isə...

"Qarabağ"ın indiki heyətinin əksər oyunçuları növbəti mövsümdə də komandanın sıralarında olacaqlar. -ın məlumatına görə, bütün mövqelərə yeni transferlər etməyi və heyəti genişləndirməyi planlaşdıran Ağdam təmsilçisindənbayrıkanlar da olacaq. Ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk, qanalı vinge

22 may
.

Ronaldu "Forbes" jurnalının ən çox qazanan idmançılar siyahısına başçılıq edib

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ardıcıl dördüncü, ümumilikdə isə karyerasında altıncı dəfə dünyanın ən çox qazanan idmançısı olub. 2026-cı ildə 41 yaşlı futbolçunun gəliri 300 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə "Forbes"

24 may
.

Acun Ilıcalıya böyük şok: 18 ildən sonra ilk dəfə baş verdi

Türkiyəli iş adamı və media rəhbəri Acun Ilıcalının sahibi olduğu "Maribor" klubu Sloveniya çempionatını 5-ci pillədə başa vurub. türk mediasına istinadən xəbər verir ki, bu nəticə ilə komanda 18 ildən sonra ilk dəfə Avropa kuboklarına vəsiqə qazana bilməyib. "Maribor"un uğursuz mövsüm

19 may
.

"Sabah" 10 oyundur "Neftçi"yə uduzmur

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi"ni qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq. Çünki "Sabah"la "Neftçi"

15 may
.

Levandovskidən AYRILIQ MESAJI: "Barselona" ilə vidalaşdı

Hücumçu Robert Levandovski mövsümün sonunda "Barselona"dan gedəcəyini bəyan edib. -ın xəbərinə görə, bu barədə Levandovski öz "Instagram" hesabında yazıb. "Çətinliklər və gərgin işlə dolu dörd ildən sonra irəliyə addım atmaq vaxtı gəlib çatdı. Mən o hisslə gedirəm ki, öz missiyam

16 may