Özünü aldatma yoxsa, psixoloji problem: Özündən başqa hamıya oxşayanlar

Özünü aldatma yoxsa, psixoloji problem: Özündən başqa hamıya oxşayanlarElə bir dövrdə yaşayırıq ki, kim realdır, kim saxta - bəlli deyil. Son vaxtlar bu istiqamətdə bir problem də yaranıb. Bəzən sosial şəbəkələrdə şəkillərdən gördüyümüz şəxsləri canlı görəndə tanıya bilmirik. Səbəb isə axır vaxtlar dəbə düşən filtrlərdir. Əvvəllər makiyajın insanları dəyişdiyini deyirdilərsə, indi dəyişmək funksiyasını filtrlər əvəz edir. Bu ənənə uzun illərdir mövcud olsa da, son vaxtlar ifrat dərəcədə artıb. İnsanlar bu proqramlarla özlərini arıqlada, kökəldə, makiyaj edə və hətta saç düzümünü, geyimlərini də dəyişə bilərlər. "Snapchat" kimi effekt verən proqramlarla yanaşı, artıq sosial şəbəkələrin özlərində də insanları inanılmaz dərəcədə dəyişən filtrlər dəbdədir.

Bəs əslində insanları buna sövq edən nədir? Bu, insanların özünü aldatması deyilmi? Yoxsa burada bir psixoloji problem var?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Psixoloq Vəfa Əkbərin fikrincə, estetik gözəlliyə və filtrə önəm verən insanların əksəriyyəti özgüvən problemindən əziyyət çəkir:

"Öz potensiallarına bələd deyillər və olanlarını da ortaya çıxara bilmirlər. Özlərini təqdimatda çətinlik çəkdikləri üçün gözəllik etalonu ön plana keçir. İnsanların dəbə uyğun gözəllik anlayışı nədirsə, ona uymağa çalışırlar. Biri var gözəllik üçün etdiyimiz bəzək-düzək, kiçik toxunuşlar, bir də var öz obrazımızdan çıxmaq. Bəzən filtrlərdən istifadə edənlər öz obrazlarından tamamilə çıxırlar. Belə olduğu təqdirdə özlərini daha rahat, komfortlu hiss edirlər".

V.Əkbər hesab edir ki, insanlar psixoloji pozuntular yaranmasın deyə, özlərini olduqları kimi qəbul etməlidirlər:

"Daim diqqət cəlb etmək, psixoloji özünəvurğunluq narsistliyə, isterik nevroza gətirib çıxara bilər. Bu hallardan qurtulmaq üçün birinci növbədə özlərini dərk etməli, xüsusi bacarıq və istedadlarını ortaya çıxararaq, ətraflarına sağlam münasibət qura biləcəkləri insanlar yığaraq, mənfi xüsusiyyətlərini korreksiya edib, müsbətləri ortaya çıxarmalıdırlar. Belə edərlərsə, özlərindən daha çox məmnun qala bilərlər".

Bloqer Səma Abıyeva isə filtrdən istifadə edənləri qınamır. Onların səhv və ya düz etdiklərini isə şəxsi məsələləri hesab edir:

"Bloqer olaraq mən də filtrlərə rast gəlirəm. Bəzən öz üzərimdə də tətbiq edir, necə göründüyümə baxıram. Amma heç vaxt üzümdəki görüntünün dəyişməsinə səbəb olacaq filtrdən istifadə etmirəm. Filtr mənim üçün sadəcə yolgöstərən ola bilər. Ondan istifadə edib xarici görünüşümlə bağlı hansısa istiqamətə yönələ bilərəm. Filtr real görüntümdə gözümün altındakı qaralığı və yaxud sızanaqları qapadır, daha yaxşı görünürəmsə, realda da buna nail olmağa çalışaram. Yəni reallıqda da filtrdəki kimi görünüm deyə, üzərimdə işləyə bilərəm. Məsələn, gözaltı qaralıq üçün yaxşı yata, çoxlu su içə, dərimə düzgün qulluq edə, şəkəri rasionumdan çıxara bilərəm. Kosmetoloqdan məsləhət alaram ki, filtrdəki kimi olmaq üçün nə edim".

Amma S.Abıyevanın hamı onun kimi etməlidir deyə bir düşüncəsi yoxdur:

"Mən xarici görünüşümdə total dəyişikliyə həvəsli deyiləm. Əgər bir insan dodaq ölçüsünü bəyənmirsə, filtrlə böyüdəndə, ona xoş gəlirsə, kosmetoloq ifrata getmədən onu istədiyi ölçüyə gətirə bilər. Amma kosmetoloqda dolğu etdirib üstündən filtrləyirsə, real görüntüsündən kəskin fərqlənən cizgilərə sahib olursa, artıq bu məsələni özü üçün siqnal kimi görməlidir. Özünə sual verməlidir ki, özüm olmaqdan qorxurammı? Mütəxəssisdən məsləhət ala, bu haqda məqalələr oxuya bilər".

Sosioloq Aynur Hacıyeva da hesab edir ki, insanların şəkillərini filtrlərlə dəyişdirmələrinin səbəbləri müxtəlifdir:

"Səbəblərdən biri özgüvənin aşağı olmasıdır. Görünüşlərində heç bir problem olmasa belə, özlərini olduqları kimi qəbul etməyə çəkinirlər. Digər bir səbəb - effektlə şəkil çəkən proqramlar əlçatan, can qurtarandır. Ona görə istifadəsi geniş yayılıb".

A.Hacıyeva hesab edir ki, bu aldatma oyunu insanların öz seçimidir:

"Sadəcə onu bilməlidirlər ki, özlərini şəkillərdə qəbul etməyə necə çətinlik çəkirlərsə, insanlar da onları real görüntüləri ilə qəbul etməkdə çətinlik çəkirlər. Çalışmalıyıq özümüzü olduğumuz kimi qəbul edək və digərlərinə də elə qəbul etdirək".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2421   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr