Soltan Məmmədov: Mehriban Əliyevanın müraciəti Türkiyədə fəlakətlə bağlı hər bir azərbaycanlının üzüntüsünü ifadə edir

Soltan Məmmədov: Mehriban Əliyevanın müraciəti Türkiyədə fəlakətlə bağlı hər bir azərbaycanlının üzüntüsünü ifadə edir"Azərbaycanın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdiyi yardım xalqlarımız arasında münasibətlərin nə qədər dərin köklərə malik olduğunu nümayiş etdirir. Bu dəstəyi hər bir azərbaycanlı qardaşlıq borcu kimi qəbul edir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O, bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın müraciəti Türkiyədə baş verən dəhşətli fəlakətlə bağlı hər bir azərbaycanlının keçirdiyi üzüntünü ifadə edir.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan xalqının böyüklüyünə, müdrikliyinə və ən çətin məqamlarda birlik, həmrəylik nümayiş etdirmək bacarığına tarix dəfələrlə şahidlik edib. Birinci Vitse-prezidentin müraciəti xalqımızın yüksək mənəvi-əxlaqi xüsusiyyətlərinə verilən yüksək dəyərin nümunəsidir: "Zəlzələdən sonra ilk saatlarda cənab Prezidentin göstərişi əsasında qardaş Türkiyəyə genişmiqyaslı yardım tədbirləri həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları təbii fəlakətin baş verdiyi ərazilərdə insanların dağıntılar altından çıxarılmasında fəal iştirak edir. Tibb işçiləri yaralıların sağlamlığına qovuşması üçün əlindən gələni edir. Eyni zamanda, zəlzələdən zərər çəkən insanların ehtiyaclarını ödəmək üçün yardımlar göndərilir. Özəl şirkətlər, vətəndaşlar bütün imkanlarını səfərbər edib. Hörmətli Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən yardımlar göstərilir. Bütün bunlar hər zaman olduğu kimi, xalqımızın zəruri məqamlarda birlik, həmrəylik və fədakarlıq göstərməyə hazır olduğunu sübut edir".

Deputat vurğulayıb ki, Türkiyədə baş verən fəlakətlə əlaqədar Azərbaycanın atdığı addımlar iki xalqın yalnız ortaq iqtisadi, siyasi maraqlar, etnik köklər, inanclara deyil, həm də son dərəcə dərin və həssas mənəvi köklərlə biri-birinə bağlı olduğunu göstərir: "Müasir dünyamızda və tarixdə çətin ki, bu münasibətlərin bənzərini nümunə göstərmək mümkün olsun. Türkiyə üçün bu ağır günlərdə biz Ümummilli lider Heydər Əliyevin söylədiyi "Bir millət iki dövlət" kəlamının münasibətlərimizi ifadə edən son dərəcə dəqiq bir ifadə olduğuna bir daha şahidlik edirik. Eyni zamanda, onu da xüsusi vurğulamalıyıq ki, bu gün hər bir vətəndaşımızın, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın insanpərvərliyi, zəlzələ bölgəsində həyatını, sağlamlığını riskə ataraq yorulmadan çalışan, bu fəlakətin nəticələrini aradan qaldırmağa öz töhfəsini vermək istəyən xilasedicilərin, həkimlərin, bir sözlə, hər bir azərbaycanlının göstərdiyi fədakarlıq Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha sübut etdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1086   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr