Başıbəlalı məcəllə yenidən parlamentdə: Sənəd qəbul olunacaqmı?

Başıbəlalı məcəllə yenidən parlamentdə: Sənəd qəbul olunacaqmı?Azərbaycanın qanunvericilik tarixinin ən başıbəlalı sənədlərindən olan Rəqabət Məcəlləsi yenə də parlamentin yaz sessiyasının iş planına daxil edilib. Amma Məcəllənin bu dəfə də qəbul olunacağına ümid çox deyil. Ekspertlərsə bu məcəllənin qəbulunun vacib olduğu qənaətindədirlər.

Rəqabət Məcəlləsi bu il Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Belə ki, qanun layihəsi parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib. Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq, daha sonra plenar iclasa təqdim olunacaq.

Qeyd edək ki, Rəqabət Məcəlləsi Azərbaycanın qanunvericilik tarixinin ən başıbəlalı sənədlərindəndir. Sənəd hələ 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. O vaxt qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Sonrakı illərdə də layihə bir neçə dəfə Milli Məclisin iş planına daxil edilsə də, onun müzakirəsini təşkil etmək mümkün olmayıb. Yəni Rəqabət Məcəlləsi neçə illərdir gözlənilsə də, onun qəbulu müşkülə çevrilib. Görəsən, bu dəfə deputatlar "şeytanın qıçını" qıra biləcəklərmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Hökumətdə Rəqabət Məcəlləsinin layihəsi razılaşdırılıb?

İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi vacibdir: "Rəqabət Məcəlləsinin müzakirəsi və qəbul edilməsi builki yaz sessiyasının iş planına daxil edilib. Rəsmi məlumatlar da göstərir ki, hökumətdə Rəqabət Məcəlləsinin layihəsi razılaşdırılıb. Milli Məclis üzvü olaraq bu qanunvericilik aktının qısa zamanda müzakirə edilib, qəbul edilməsinin tərəfdarıyam. Bu istiqamətdə layihənin təkmilləşdirilməsi ilə bağlı fikirlərimizi də təqdim edəcəyik. Layihənin yaz sessiyasında müzakirəsinin nəzərdə tutulması ondan xəbər verir ki, 2023-cü ildə müzakirə edilərək qəbul olunması imkanları genişdir. Düşünürəm ki, yaz sessiyasında müzakirə edilib, qəbul olunması məqsədəuyğun olardı".

V.Bayramov bildirdi ki, layihənin qəbul edilməsində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsidir: "Gözlənti ondan ibarətdir ki, bu qanunun qəbul edilməsi iqtisadiyyatda rəqabətin daha da gücləndirilməsinə dəstək olacaq. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir layihədir. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycan iqtisadiyyatında rəqabətin dəstəklənməsi və azad sahibkarlığın inkişafı baxımından vacib addım kimi qiymətləndirilir".

"Çalışacağıq ki, üç oxunuşda qəbul edək"

Uzun müddətdir Rəqabət Məcəlləsinin qəbulu istiqamətində mübarizə aparan deputat Vahid Əhmədov da layihənin parlamentin iş planına daxil edilməsini müsbət hal kimi qiymətləndirir. Onun sözlərinə görə, hələ ki qanun layihəsi deputatlara təqdim edilməyib: "Çalışacağıq ki, bu sessiyada üç oxunuşun üçündə də qəbul edək. Ola bilər üzərində müəyyən düzəlişlər olacaq, komitədə, iclasda müzakirələr gedəcək. Çox vacib qanun olduğu üçün qəbul edilməsini uzun müddətdir tələb edirdik. Bu qanunun qəbul edilməsi Azərbaycan iqtisadiyyatına, bazara öz müsbət təsirini göstərəcək. Bu məcəllə mütləq qəbul edilməlidir".

Komitə sədri isə söz verə bilmir

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə hələ ki, əminliklə məcəllənin bu sessiyada qəbul ediləcəyinə əmin deyil. Onun sözlərinə görə, hələlik bu barədə nəsə söyləmək mümkün deyil: "Bu layihə parlamentə daxil olanda danışarıq. Çünki biz hələ layihəni yalnız iş planına salmışıq. Qəbul edilib-edilməyəcəyi ilə bağlı hələlik bir şey demək mümkün deyil".

Bəzən inhisarçılar dövlət orqanından daha güclü olur

İqtisadçı Xalid Kərimlinin fikrincə, məcəllə axır ki, qəbul edilməlidir: "Məcəllənin qəbul edilməsinə mane olacaq xüsusi hal yoxdur. Bu sənədin qəbulunun 15-20 il ləngiməsi absurd idi. Rəqabət Məcəlləsi bazar iqtisadiyyatını tənzimləyən ciddi qanunlardan biridir. Ona görə sənədin qəbulu prosesində gərgin müzakirələrin olması vacibdir".

X.Kərimli Rəqabət Məcəlləsinin qəbulunun ölkə iqtisadiyyatında ciddi dəyişikliyə gətirə biləcəyini düşünmür: "Rəqabət Məcəlləsinə qədər də pis-yaxşı qanunlar var idi. Müxtəlif sahibkarlıq fəaliyyətini, rəqabət sahəsini tənzimləyən "Haqsız rəqabət haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Təbii inhisarlar haqqında" qanunları xatırlayaq. Lakin həmin qanunlar yaxşı icra olunmurdu".

İqtisadçı bildirdi ki, inhisarçılarla mübarizə üçün bu qanun vacib rol oynamalıdır: "Rəqabət Məcəlləsi həm rəqabətin təşviq edilməsinə gətirib çıxarmalı, həm də inhisarların süni qiymət qoyması, bazarı boğması, haqsız rəqabət şərtləri formalaşdırmasının qarşısını almalıdır. Çünki bəzən inhisarçılar dövlət orqanından daha güclü olurlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2010   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə reaksiya

Məşhur meyxanaçı Elşən Xəzər qızının "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya danışan meyxanaçı yayılan xəbərlərin tamamilə yalan olduğunu bildirib:. "Məni

1 may
.

Bu avtomobillər də operativ nəqliyyat vasitələri hesab ediləcək

Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək. xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Yol hərəkəti haqqında"

1 may
.

Toy karvanları quranlara XƏBƏRDARLIQ

"Toy karvanları"nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu

1 may
.

AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir. "Airbus A320neo" 630

30 aprel
.

Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin keçmiş sədri, hazırda Vəkillər Kollegiyasının üzvü Məhəmməd Əkbərov vəzifəsindən sui-istifadə edərək Nizami Rayon Məhkəməsinə məxsus olan torpaqda restoran tikib, daha sonra isə sənədləri saxtalaşdıraraq icarəyə verib. Bunu -a müraciət edən zərərçəkmiş sahibkar məluma

1 may
.

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - Foto

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb. Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-c

30 aprel
.

Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib. Məsələ ilə bağlı Baş Prokurorluqdan -ın sorğusun

1 may
.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. -ın -a istinadən məlumatına görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq-mühafiz

30 aprel
.

Kəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib. Qaynarinfo-nun məlumatına görə, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhş

1 may