Bakıda yaşayış binaları, körpülər və yollar mümkün zəlzələyə tab gətirəcəkmi? - Ekspertdən səmimi cavab
"Binanın seysmik dayanıqlılığı ilk növbədə ərazinin seysmik təhlükəsinin qiymətləndirilməsindən asılıdır".
Bu barədə Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə İdarəsinin struktur bölməsinin müdiri Qulam Babayev Bakıdakı köhnə tikililərin zəlzələyə nə dərəcədə davamlı olması ilə bağlı Media.az-a açıqlamasında deyib.
"O, bir çox komponentlərdən, o cümlədən geoloji və tektonik amildən (qırılma sistemi), yerin qrunt faktorundan və seysmoloji parametrlərdən, xüsusən də qravitasiya sahəsinin fiziki və həndəsi xüsusiyyətlərindən ibarətdir. Bütün bu amillər birlikdə tikinti olacaq ərazidə seysmik təhlükənin səviyyəsini göstərir. Qiymətləndirmədən sonra binanın seysmik davamlılığından danışmaq olar.
Müəyyən bir ərazidə seysmik aktivliyi öyrənmək üçün seysmik intensivlik artımlarını hesablamaq lazımdır. Nəticələrə görə, intensivlik, məsələn, yeddi bal üçün hesablanırsa, bir bina tikərkən üstəgəl 1, üstəgəl 2 və hətta bəzən üstəgəl 3 bal nəzərə alınmalıdır".
Ekspert 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ zamanı əhalinin bəxtinin gətirdiyini - binaların dağılmadığını, amma sovet dövründə tikilmiş bir çox binada çatlar yarandığını deyib.
Həmin vaxtdan 22 il keçdiyini xatırladan Qulam Babayev bu müddət ərzində həmin tikililərin istismar müddətinin başa çatmaq üzrə olduğunu qeyd edib və respublikada Dövlət Proqramı çərçivəsində Azərbaycanda seysmik risk xəritəsinin tərtibi işlərinin aparılmasının zəruriliyini vurğulayıb.
"Fikir verin, 2000-ci ildə 1970-ci illərdə tikilən binaların 30 yaşı var idi, hazırda isə onların 50 yaşı var. Bundan əlavə, ölkədə, xüsusən də Bakıda xeyli əvvəl tikilmiş çoxlu ev var, tarixi binaları da unutmayın - onlar xüsusilə risk altındadır".
Ekspert həmin vaxt bir güclü təkanın iki komponentə bölündüyü üçün paytaxtın infrastrukturunun zədələnmədiyini izah edib.
"Rəsmi məlumatlara görə, ilk təkan 5,8 bal gücündə, sonrakı 6,2 bal gücündə olub. Təkanların müddəti 35-40 saniyə olub. Məhz bu, binaların dağılmamasına kömək edib", - Babayev sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4050 Tarix: 11 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Böyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrGələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç
11 oktyabrFaciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı
12 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabr