Azərbaycanda zəlzələ riski varmı, hazırlıq nə yerdədir? – 7 suala cavab

Azərbaycanda zəlzələ riski varmı, hazırlıq nə yerdədir? – 7 suala cavabTürkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində Hatay bölgəsində yaşayış kompleksi aşıb.

Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlərdən sonra Azərbaycanda da həm sosial şəbəkələrdə, həm də real həyatda ölkənin seysmik vəziyyəti və hazırlığı barədə müzakirələrin artdığı müşahidə olunur.

Bəs Azərbaycanda seysmik vəziyyət necədir və ölkə buna hazırdırmı?

Bu suallara cavab tapmaq üçün BBC News Azərbaycanca yerli seysmoloq və zəlzələ riskinin qiymətləndirilməsi üzrə mütəxəssislərlə danışıb.

Zəlzələ necə baş verir?

Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur.

Mütəxəssislərin fikrincə, məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün "qırılmalar baş verir" və bu da zəlzələ yaradır.

Azərbaycan seysmik baxımdan harada yerləşib?

Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün "zəlzələ bölgəsi" hesab edilir.

Əslində hər gün "zəlzələ" baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.

Azərbaycanda zəlzələ yaradan amillər hansılardır?

Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır.

Bununla belə, antropoloji – yəni insanların fəaliyyəti nəticəsində də zəlzələ riskləri yaranır.

Antropoloji təsirlərə neft-qaz yataqlarının dərin işlənməsi, neft quyularının qazılması, eləcə də qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi və digər amillər daxildir.

Potensial zəlzələ ocaqları hansı ərazilərdir?

Azərbaycanda seysmik cəhətdən 5 aktiv zona var:

Böyük Qafqaz dağlarının cənub yamacı (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala zonası)
Kiçik Qafqaz dağlarının şimal yamacı (Qarabağ, Mingəçevir, Gəncə, Şəmkir zonası)
Talış dağları ərazisi
Quba-Xaçmaz bölgəsi
Xəzər dənizi

Bu ərazilər potensial zəlzələ ocaqları kimi səciyyələndirilir.

Seysmik aktivliyə nəzarət olunurmu?

Seysmoloji təhlükələrin qiymətləndirilməsi üzrə mütəxəssis Qulam Babayevin sözlərinə görə, texnologiyanın inkişafına baxmayaraq, hələlik tektonik plitə və blokların hərəkətinə tam nəzarət etmək mümkün deyil.

Lakin GPS stansiyalar vasitəsilə onların hərəkət istiqaməti və illər boyu yaratdığı dəyişikləri müşahidə edərək riskli əraziləri müəyyənləşdirmək olur.

Hazırda Azərbaycanda əsas tektonik blokları müşahidə edən 32 GPS stansiyası mövcuddur.

Lakin aktiv qırılma zonaları və blokların hərəkətini nəzərə alsaq hazırda GPS stansiyalarının sayının 2-3 dəfə artırılmasına ehtiyac var, mütəxəssislər bildirir.
Azərbaycanda zəlzələ riski varmı, hazırlıq nə yerdədir? – 7 suala cavabAzərbaycanda ən böyük hərəkətlilik Cənub blokunda müşahidə edilir – ildə təxminən 13 millimetr

GPS stansiyalar nə edir?

Azərbaycanda quraşdırılan GPS stansiyalar tektonik blokların hərəkət fərqini hesablamağa və gərginliyin toplandığı əraziləri aşkar etməyə imkan verir.

GPS stansiyaların işlənməsi üzrə mütəxəssis Rafiq Səfərov bildirib ki, ümumiyyətlə Azərbaycan ərazisinə ən çox Ərəbistan plitəsi təsir göstərir.

"Qırmızı dənizdə süxurların yer üzərinə çıxıb bərkiməsi nəticəsində Ərəbistan plitəsi şimal və şimal-şərqə doğru hərəkət edir və bu təzyiq Azərbaycandakı blokları kobud dildə desək şimala tərəf sıxışdırır. GPS stansiyalarla həmin blokların hansı sürətlə getdiyini və gələcək riskləri müəyyənləşdiririk", – Rafiq Səfərov deyib.

Azərbaycanda ən böyük hərəkətlilik Cənub blokunda müşahidə edilir – ildə təxminən 13 millimetr. Onun qarşısında olan Abşeron bloku isə ildə təxminən 1-2 millimetr məsafə qət edir – başqa sözlə desək çox kiçik sürətlə də olsa, Cənub bloku nisbətən ləng hərəkət edən Abşeron blokuna yaxılaşır və onlar arasında gərginlik toplanır. Bu proses Azərbaycan ərazisində olan digər tektonik bloklar arasında da gedir.

Müasir texnologiya blokların hərəkətini, seysmik aktivliyi, qırılma xətlərini tədqiq etməyə imkan versə də, hələlik zəlzələnin baş verəcəyi tarixi və gücünü əvvəlcədən müəyyən etmək mümkün deyil.

Bəs tarixini və gücünü bilmədiyimiz zəlzələyə necə hazırlaşmalıyıq?

Zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları mövcuddur.

Bura tikinti prosesində mühəndis işləri kimi struktur yanaşma ilə yanaşı, maarifləndirmə kimi qeyri-struktur həll variantı da daxildir.

Təbii fəlakətlər və ekologiya üzrə təhlilçi Rövşən Abbasova görə, "təəssüf ki, Azərbaycanda həm struktur, həm də maarifləndirmə işində ciddi səhlənkarlığa yol verilir".

Buna nümunə kimi, o, yeni inşa edilən binalar arasında məsafənin saxlanılmaması, tikinti ərazisinin düzgün seçilməməsi, hazır binalarda mənzil sahəsinin qanunsuz artırılmasını göstərir.

Bina və ictimai iaşə obyektlərinin infrastruktur quruluşu da, məsələn pilləkənlərdə əlillər üçün pandusun qoyulmaması kimi nüanslar da zəlzələ zamanı çevik evakuasiyanı ləngidən amillərdəndir.

Məktəblərdə və iş yerlərində zəlzələ zamanı insanlara nəzəri biliklərin verilməməsi və praktiki həyəcan məşqlərinin keçirilməməsi də insanları zəlzələ zamanı davranış vərdişlərinə öyrənməkdən məhrum edir.

Bu isə təbii proses olan zəlzələni təbii fəlakətə çevirir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3919   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin tərəqqisini, dövlətin gələcək inkişaf perspektivlərini və milli dəyərlərin qorunmasını müəyyən edən mühüm amillərdən biridir. Sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsi yalnı

12 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?

Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?

Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədləri

12 oktyabr
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr