Prezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO

Prezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə iştirak etmək üçün Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğulayıb və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir də öz növbəsində Qana Prezidentinin 2019-cu ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib. Diplomat Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda yaradılmış infrastrukturdan və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluğunu bildirən səfir ölkəmizin davamlı inkişaf sahəsində təcrübəsinin maraqlı olduğunu qeyd edib. O, həmçinin ölkələrimiz arasında təhsil, kənd təsərrüfatı, mədən sənayesi kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbənin ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil aldığını bildirib.

Səfir təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb, Azərbaycanın neft-qaz sahəsində ali təhsil müəssisələrinin rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycana mütəmadi səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın qurulacağına və ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyən ediləcəyinə ümidvar olduğunu deyib.

12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verib.
Prezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOPrezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOPrezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOPrezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOPrezident Qananın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1319   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr