İran: "Azərbaycan səfirliyinə hücumla bağlı istintaq məxfi aparılır"
"Azərbaycan səfirliyinə hücumla bağlı istintaq ilkin mərhələdə məxfi aparılır və hadisənin bütün aspektləri diqqətlə araşdırılır".
Sonxeber.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, bu sözləri İran Ədliyyəsinin sözçüsü Sitayişi paytaxt Tehranda mətbuat konfransı keçirib.
İran sözçüsü bildirib ki, araşdırmalar başa çatdıqdan sonra tapıntılar ictimaiyyətə açıqlanacaq.
İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə telefonla danışıb.
Müntəziri azərbaycanlı həmkarına hücumun müxtəlif aspektlərinin ölkənin məhkəmə və siyasi hakimiyyət orqanları tərəfindən diqqətlə araşdırıldığını bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş prokuroru Əliyev İranın məsələ ilə bağlı diplomatik və məhkəmə səylərini yüksək qiymətləndirib və bəyan edib ki, iki dost və qonşu ölkə arasında əməkdaşlıq və ikitərəfli qarşılıqlı fəaliyyət imkanlarının itirilməsinə yol verilməməlidir.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehran səfirliyinə silahlı basqın nəticəsində səfirliyin mühafizə rəisi həlak olub, iki mühafizəçi yaralanıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb