İtaliya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirak edir

İtaliya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirak edirPrezident İlham Əliyev fevralın 13-də Bakıda keçirilən müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Türkiyə və İtaliya şirkətlərinin bu prosesdə fəal iştirakını xüsusi diqqətə çatdırib. Dövlət başçısı daim qeyd edib ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və "yaşıl enerji"yə fəal şəkildə sərmayə yatırmalıdır. Son zamanlar keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizin bu sahədə mövcud imkanları bir daha diqqətə çatdırılır. Fevralın 13-də "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində cənab İlham Əliyev bu reallıqlara diqqəti yönəltdi ki, "azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başladıq. Artıq 10-dan çox yarımstansiya inşa edilib. İki ildə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın".
Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirdi ki, hazırda iki stansiya inşa edilir. Bunlar 470 meqavatlıq günəş və külək stansiyalarıdır. Üçüncü stansiyanın inşasına yaxın vaxtlarda başlanılacaq. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.
Prezident İlham Əliyev müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində, həmçinin bu mərasimdə iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən İtaliya şirkətlərinin fəaliyyətindən razılığını ifadə edərək bildirib ki, "İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji" ilə "Ansaldo" arasında çox önəmli müqavilə imzalandı. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Bu ərazilərdə hər şey dağıdılıb. Biz hər şeyi yenidən qururuq. Artıq İtaliyanın "IVECO" şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək."
Azərbaycan-İtaliya əməkdaşlığının yüksək səviyyədə olması bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verir. Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyinin əsas məsələlərdən olduğu bir vaxtda Azərbaycan-İtaliya əməkdaşlığı uğurlu sonluqla başa çatan layihələrdə özünün aydın ifadəsini tapır. Reallıq budur ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır. TAP layihəsi Azərbaycanla İtaliyanın birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək. Ümumilikdə Azərbaycan İtaliya ilə "yaşıl kimya", "yaşıl enerji", "yaşıl enerji zonası", "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir.
Azərbaycanın enerji sektorundan qazandığı uğurlar maliyyə imkanlarımızın genişlənməsi ilə müşayiət olunur ki, bu da qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar açır.

Tufan Məmmədov – iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 950   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir

XX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmalar

2 iyul
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun