"Ermənistan Xankəndi və Bakı arasında müzakirələrin aparılmasının tərəfdarıdır" - Armen Qriqoryan
"Ermənistan Dağlıq Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı beynəlxalq səviyyədə görünən mexanizmin bir hissəsi kimi Xankəndi və Bakı arasında birbaşa müzakirələrin aparılmasının tərəfdarıdır və hazırda işlənməkdə olan sülh müqaviləsində bu mexanizmə yer ala bilər".
Sonxeber.az xəbər verir ki, ErmənistanTəhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Ermənistan görünən beynəlxalq mexanizmin bir hissəsi kimi birbaşa Xankəndi -Bakı müzakirələrinin aparılmasının tərəfdarıdır. Ermənistan isə bu mexanizmin reallaşması üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Bu mexanizm ətrafında danışıqların davam etdiyi sülh müqaviləsində qeyd oluna bilər. Başqa beynəlxalq təşkilatların formatında da ola bilər. Aydın deyil, bu, müzakirə mövzusudur", - deyə Qriqoryan bildirib.
Qriqoryan qeyd edib ki, Ermənistan hazırda Azərbaycanın göndərdiyi təkliflər üzərində işləyir. Qriqoryan mətnin ən qısa zamanda hazır olacağına və Ermənistanın Azərbaycana çatdıracağına inandığını bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb