Slovakiya parlamenti Rusiyanı terrorçu rejim kimi tanıyıb
Slovakiya parlamenti Rusiyanın Ukraynadakı hücumlarına qarşı yeni təklif qəbul edib və Moskva administrasiyasını "terrorçu rejim" kimi xarakterizə edib.
Sonxeber.az xəbər verir ki, yanvarda parlamentə təqdim edilən anti-Rusiya təklifi dünən axşam saatlarında keçirilən iclasda 120 deputatdan 78-nin dəstəyi ilə qəbul edilib.
Sözügedən qətnamədə Ukrayna xalqının öz müqəddəratını təyin etmə hüququna hörmət edilməli olduğu, Ukraynanın infrastrukturu və mülki şəxslərə qarşı hücumların artması səbəbindən Rusiyanın terrorçu rejim kimi qələmə verildiyi bildirilib.
"Asambleya Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üçün xüsusi tribunalın yaradılması, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törədənlərin təhqiqatı, təqibi və cəzalandırılması üçün hərtərəfli, beynəlxalq səylərə dəstəyini ifadə edir", - deyə qətnamədə bildirilir.
Qətnamədə o da qeyd olunub ki, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində keçirilən referendumların nəticələri tanınmayacaq.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb