"Toylara gedirəm,amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏ

"Toylara gedirəm,amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏÖtən həftə müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi "El Yaradıcılıq Mərkəzi"nin ifaçılarından birinin mahnısı işıq üzü gördü. Klipin təqdimatında Elnarə xanımla yanaşı bir çox məşhurlar da iştirak edib. Fürsətdən istifadə edərək Elnarə xanımla qısaca söhbətləşdik. Sözügedən müsahibəni təqdim edirik:

- Elnarə xanım, uzun müddətdir efirlərdə yox idiz, belə bir proyektlə gündəmə səs saldız. Başqa hansı yeni layihələriniz olacaq?

- Layihələrimiz çoxdur, bəli. Proyektlərimi mütəmadi olaraq "Youtube" kanalımda çıxarıram. Axırıncı layihəmiz tələbələrimlə birlikdə hazırladığım Yeni İl proyekti olub. Gələn həftələrdə yeni klipimin işıq üzü görəcək.Yeni klipimiz İsveçdə çəkildi. Bunu da sizin sayt vasitəsi ilə sevənlərimə çatdırmaq istəyirəm.

- Bugün təqdimatda yanınızda kifayət qədər sənət dostların var. Bəs hansı sənət dostlarınızı dəvət eləmişdiz gəlməyiblər?
- Bugün kimi dəvət eləmişdimsə, hamısı gəldi. Xuramana da dəvət eləmək üçün səs atdım . O da rayona gedirdi deye heç nə demədim. Mərkəzimizin yaxın dostları hazırda yanımdadır.
"Toylara gedirəm,amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏ- İllər öncəki Elnarə xanımla indiki Elnarə xanım arasında hansı fərqlər var?
- Düşünürəm ki, çox dəyişmişəm. Yer və göy qədər fərq var. Köhnə Elnarə daha şıltaq, şən idi, amma yaş artıq öz sözün deyir. Mən həmçinin nümunəvi valideyn, pedaqoqam. İstər təlim-tərbiyə, istər geyim, əxlaq hər şeydə mən onlara nümunə olmalıyam. O vaxt özümü bəyəndirməklə məşğul idim, sonra bəyəndilər axır kı (gülür)... Bəyənən bəyəndi məni evləndim, bu andan sonra məqsədim bu mədəniyyətə xidmət etməkdir. Bu mədəniyyət yaşamalıdır, öyrədilməlidir və düzgün istiqamət ötürülməlidir.

- Elnarə xanım siz duetlərlə də yadda qalmısız. Bəs kiminlə yenidən duet oxumaq istəyərdiz?
- Hazırda duet oxumaq istəyəcəyim ağlımda heç kim yoxdur. Son duetim Samirə ilə oldu, çox uğurlu olduğun düşünürəm. Mənə görə əsas duet oxumaq istədiyim şəxs yox, mətn önəmlidir. İlkin olaraq mahnının sözlərinə fikir verirəm.

- Konflikdən uzaq birisisiz, bəs olub ki kimlərisə yola vermisiz dalaşmaq istəməmisiz?
- Əlbəttə olub. Elə halda səbrli insan kimi bir, iki dəfə keçirəm. Sonra özünə zəng edib yerini göstərirəm. Bildirirəm ki, sən mənim həmkarımsan, həmkar həmkarına qarşı belə hörmətsizlik, bu hərəkəti eləməz. Susdurmağı bacarıram. İmkan vermirəm məsələ böyüyüb, yayılsın.
"Toylara gedirəm,amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏ- Küsülü olduğunuz kimsə var?
- Xeyr, Allah bağışlayandısa biz kimik ki bağışlamayaq. Mənim tək nifrət elədiyim qonşularımdı. Məcbur onlara dözməliyəm.

- Toylara gedirsiz?
- Bəli, gedirəm. Amma bunu biznesə çevirmirəm.

- Konsert verməyi düşünürsüz?
- Təbii ki. Pandemiya düşməsəydi konsert olacaqdı. Amma bu il səhnədə 25 illiyimdir. 25 ədəd mahnı proqramı ilə 28 May konsert verməyi düşünürəm.

- Müğənni olmasaydız, hansı ixtisasda özünüzü görürsüz?
- Mən pedaqoqam,istənilən fənni, biliyi tədris edə bilərəm. Bildiyini öyrətmək xüsusi bacarıq tələb edir.
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4641   Tarix: 22 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

12 oktyabr
.

Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını

12 oktyabr
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

12 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11 oktyabr
.

Vahid məktəbli forması, milli kimlik və İranın ideoloji təsirləri: Azərbaycanın təhsil təhlükəsizliyinə analitik baxış

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahə olmaqla yanaşı, milli kimliyin qorunması, ictimai şüurun formalaşdırılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən məktəb mühitində tətbiq olunan qaydalar, o cümlədən vahi

12 oktyabr
.

Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?

Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədləri

12 oktyabr