"Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada erməni yalanlarını ifşa etdi" - DEPUTAT
"Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Ermənistanın baş naziri Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışdı. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar verdi. Paşinyanın çıxışında Azərbaycanı keçmiş Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməkdə günahlandırmağa çalışdı. Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır. Uzun illərdir Ermənistan Qərbdə xristian ölkəsi olduğu üçün bölgədə müsəlman Azərbaycanlıların təqibinə məruz qaldığını iddia edir və bununla xristian Qərb dövlətlərinin və həmin ölkələrin xristian əhalisinin dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti riyakarlıqdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması ilə bağlı səsləndirdiyi faktlara Paşinyanın cavabına gəldikdə isə bu məsələdə də Paşinyan riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını bildirərək, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi.
"Əslində isə reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələri də vəhşicəsinə dağıdıblar. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla mühafizə olunur. Paşinyan nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir. Yekunda qeyd etmək lazımdır Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı