"Erməni terrorçuları təxribatlarına davam edərsə "Dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər" - DEPUTAT

"Erməni terrorçuları təxribatlarına davam edərsə "Dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər" - DEPUTATFevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan törətdiyi təxribatlarlarla həddini çoxdan aşıb:

"Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman danışıqlar prosesini uzatmaq üçün bu cür təxribatlara əl atır. Biz bu ssenarini 30 il ərzində çox görmüşük. Hazırda da eyni proses davam edir. Ermənistan heç vaxt qəbul edilən qərarlara və atəşkəsə əməl etməyib.

İkinci əsas məsələ isə Rusiya sülhməramlıların olduğu ərazilərdə hələ də qanunsuz erməni silahlı dəstələrinin qalmasıdır. Bu 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyannaməyə tamamilə ziddir. Hazırda Rusiya sülhməramlıların olduğu ərazilərdə erməni terrorçuları rahat şəkildə hərəkət edir. Keçən bu illər ərzində Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı qanunsuz erməni silahlı birləşmələrini çıxarmaması haqlı olaraq bizdə onların da terrorçularla əlbir olması şübhəsini yaradır".

Deputat vurğulayıb ki, Ermənistan yaxşı olardı ki, bizim səbrimizi daşırmaq əvəzinə cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq asın:

"Bu təxribatlar Ermənistanı uçuruma aparır. Bəzi qüvvələr çalışırlar ki, regionda vəziyyəti yenidən gərginləşdirsinlər. Onlar Paşinyana müxtəlif vədlər verərək sülh müqaviləsini imzalamasına maneə olmağa çalışırlar. Ermənistan və havadarları unutmasınlar ki, "dəmir yumruq" yerindədir. Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məcburdur. Erməni terrorçuları təxribatlarına davam edərsə "dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1332   Tarix: 22 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

12 oktyabr
.

Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını

12 oktyabr
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

12 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11 oktyabr
.

Vahid məktəbli forması, milli kimlik və İranın ideoloji təsirləri: Azərbaycanın təhsil təhlükəsizliyinə analitik baxış

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahə olmaqla yanaşı, milli kimliyin qorunması, ictimai şüurun formalaşdırılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən məktəb mühitində tətbiq olunan qaydalar, o cümlədən vahi

12 oktyabr
.

Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?

Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədləri

12 oktyabr