Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü - Həbs edilən var
Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sevdiyi qızın evinə gedərək dava salan gənc oğlan polis tərəfindən saxlanılıb.
Belə ki, şəhər sakini Sultan Məmmədov (ad-soyad şərti) 2 ildən artıqdır sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb. Valideynlərinin qapıdan qaytarıldığını görən S.Məmmədov qızgilin qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib.
Ərazi üzrə hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gəlib və S.Məmmədov bölməyə dəvət edilib. Bölmədə onun qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc oğlan iltizama imza atmaqdan imtina edib və əsəbiləşərək müqavimət göstərib.
Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3203 Tarix: 22 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel
11 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabr