Səməd Seyidov: "Beynəlxalq məhkəmələrdə və təşkilatlarda Azərbaycana qarşı ikili standartlar mövcuddur"
Azərbaycan maraqlarını əks etdirən hüququ bazanın yaradılması istiqamətində fəaliyyəti davam etdirmək lazımdır.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Səməd Seyidov təəssüf hissi ilə bildirib ki, beynəlxalq məhkəmələrdə və təşkilatlarda Azərbaycana qarşı ikili standartlar mövcuddur və bunu əyani şəkildə də görürük:
"Bu, Azərbaycan tərəfindən görülən işlərin üstündən böyük bir xətt çəkilir demək deyil. Elə Çıraqov məsələsini misal çəkim. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən birbaşa işğal altında saxlanılması Avropa İnsan Haqları məhkəməsində təsdiq olunub. Bunu beynəlxalq təşkilatlarda geniş şəkildə istifadə etmişik, hüququn aliliyini qoruyaraq hüquqi bazanı yaratmışıq".
O qeyd edib ki, qərəzli müxtəlif mövqelər olur:
"Əməkdaşlıq etmək lazımdır ki, bunun nəticəsində Azərbaycanın nailiyyətləri də az deyil və çoxdur. Azərbaycan maraqlarını əks etdirən hüququ bazanın yaradılması istiqamətində fəaliyyəti davam etdirmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı