Vasif Talıbova bağlı şirkətlərdə dəyişikliklər davam edir
"Gəmiqaya Avtonəqliyyat" MMC (VÖEN - 0201375131) və "Arkoz Yol-Su Enerji 1" MMC (VÖEN - 0201373141) yenidən təşkil olunduqlarını elan ediblər.
Sonxeber.az yeniavaz.com-a istinadən xəbər verir ki, "Yol-Su İnşaat" MMC ləğv olunaraq "Arkoz Yol-Su Enerji 1" MMC-yə qoşulub. "ALÇI-ZAVOD-75" MMC isə "Gəmiqaya Avtonəqliyyat" MMC-nin tərkibindən ayrılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl dəyişdirilərək "Arkoz Holdinq" olub. "Arkoz Holdinq" türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda "Gəmiqaya Holdinq"in İdarə heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm "Gəmiqaya", həm də "Arkoz" adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus "Arkoz" şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, son zamanlar "Gəmiqaya Holdinq"ə bağlı şirkətlərin nizamnamə kapitallarında da dəyişikliklər olub. Ehtimal etmək olar ki, nizamnamə kapitallarının dəyişdirilməsi təsisçi dəyişikliyi ilə bağlıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı