"Təəssüf ki, Xocalı soyqırımını törədənlər hələ də layiqli cəzalarını almayıblar" - DEPUTAT
"Təəssüf ki, Azərbaycana qarşı ikili münasibət bu gün də davam edir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Avropa Məhkəməsinin qərarı açıq-aşkar Azərbaycana qarşı növbəti təxribatdır:
"Bu gün demokratiyadan və insan hüquqlardan yekə-yekə danışan beynəlxalq təşkilatlar və beynəlxalq məhkəmələr niyə bir dəfə də olsa soydaşlarımıza qarşı törədilən cinayətləri, soyqırımları görmür? Bir neçə gün sonra biz Xocalı soyqırımının 31-ci ildönümünü keçirəcəyik. 31 ildir ki, Xocalı soyqırımını törədən erməni vandalları layiqli cəzasını almayıb. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, , boynu vurularaq və burda qeyd etmək istəmədiyim qəddarlıqla, hətta işgəncə ilə öldürülənlər arasında hamilə qadınları da olub. Ermənistan dövləti bütün dünyanın gözü qarşısında açıq-aşkar Qarabağı özünə birləşdirmək istəyirdi. Erməni vandalları niyyətlərini reallaşdırmaq üçün də soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törədiblər".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə ardıcıl olaraq Gəncədə, Bərdədə terror aktları törədildi:
"Gəncə terrorunu XXI əsrin Xocalısı da adlandırmaq olar. Təəssüf ki, bu günə qədər bütün bu vəhşilikləri törədən, qonşuluğunda yerləşən ölkənin torpaqlarını işğal edən Ermənistana qarşı bir dəfə də olsa sanksiyalar tətbiq edilməyib. Əlbəttə ki, bütün bunların arxasında ölkəmizə qarşı ikili münasibət dayanır. Ona görə də Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykəndiyinə inanmıram".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı