Şamaxı Rəsədxanasının üç əməkdaşı baş direktor tərəfindən təzyiqlərə məruz qalıb

Şamaxı Rəsədxanasının üç əməkdaşı baş direktor tərəfindən təzyiqlərə məruz qalıbNəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının üç əməkdaşı qurumun baş direktoru tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib.

"Report" xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksində əksini tapıb.

Məruzədə bildirilib ki, rəsədxanasının üç əməkdaşı Ə., Ş. və H. (15646-22) Ombudsmana müraciət edərək, həmin rəsədxananın baş direktoru tərəfindən təzyiqlərə məruz qaldıqlarını, Ə. və H.-nın əmək qabiliyyətlərinin müvəqqəti itirilməsinə görə iş yerində olmadıqları müddətdə heç bir əsas olmadan onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini qeyd edib, məsələnin araşdırılmasını və hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş ediblər.

Şikayətlə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğuya verilmiş cavabda nazirliyin yeni əsasnaməsinin və Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin hazırlandığı nəzərə alınaraq, qaldırılan məsələyə adıçəkilən sənədlər təsdiq edildikdən sonra baxılmasının məqsədəmüvafiq hesab edildiyi bildirilib.

Göründüyü kimi, cavabda ərizəçilərin əmək hüquqlarının pozulması hallarına münasibət bildirilməyib, həmçinin onların əmək hüquqlarının pozulması ilə bağlı şikayətlərinin araşdırılması istiqamətində tədbirlər görülməyib.

Digər tərəfdən, məlum olduğu kimi, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli, 1769 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları, habelə digər qurumları ilə yanaşı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Qeyd edilənlər baxımından, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əsasnaməsinin, hətta Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin qəbul edilməməsi ərizəçilərin pozulmuş hüquqlarının bərpası üzrə tədbirlərin görülməməsinə əsas vermir.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir", - deyə məruzədə bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1265   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi

11 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?

Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd

11 oktyabr
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr