Lionel Messi haqqında cizgi filmi çəkiləcək
PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi yeni animasiya serialının baş qəhrəmanı olacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, futbolçu haqqında layihə "Sony Music Entertainment" tərəfindən Leo Messi Management ilə əməkdaşlıqda hazırlanacaq. Cizgi serialı video oyunda səyahət edərkən müxtəlif maneələri dəf etməli olan Messinin uşaqlıq illərindən bəhs edir.
"Mən uşaqlıqdan cizgi filmlərini sevirəm və uşaqlarım cizgi personajlarının böyük pərəstişkarıdırlar", - Messi deyib.
Messinin sözlərinə görə, animasiya layihəsində iştirak etmək onu sevindirir, çünki arzularından biri gerçəkləşib: "Bu layihənin bir hissəsi olduğum üçün "Sony Music"ə təşəkkür etmək istərdim. Ümid edirik ki, hər kəs son nəticədən zövq alacaq, xüsusən də qızlar və oğlanlar".
Messi 7 dəfə "Qızıl top"un qalibidir. 2022-ci ildə 35 yaşlı futbolçu Argentina millisinin tərkibində ilk dəfə dünya çempionu olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1341 Tarix: 07 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabr