22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayəti açıldı
Masallıda 22 il əvvəl törədilmiş quldurluq cinayəti açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk etmişlər.
Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanmışdır.
Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.
Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulub, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.
Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1071 Tarix: 08 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazidə qazlar kəsiləcək
Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən -a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq
30 aprelGüləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər
Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların
30 aprelKürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)
Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə
29 aprelBakıxanovda maşından oğurluq edənlər kameraya düşdü - Video
Aprelin 28-i Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus "KIA" markalı avtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərl
29 aprelMayın ilk günü hava necə olacaq?
Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal
30 aprelSüni intellektin yaratdığı təhlükələr nələrdir? - AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın demək olar ki, bütün sahələrinə təsir göstərir. Gündəlik iş prosesindən təhlükəsizlik sistemlərinə qədər geniş istifadə olunan bu yeniliklər bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən yeni risklər də meydana çıxarır. Xüsusilə son dövrlərd
30 aprelXTQ-nin yaradılmasından 27 il ötür
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür. xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 199-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələri
30 aprelXəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib
30 aprel