Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ
"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymətə etmək mümkündür".
Bunu "Yeni Sabah"a turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə deyib.
O bildirib ki, dekabr ayının əvvəlinə qədər bölgələrdəki istirahət mərkəzlərində doluluq səviyyəsi 80-90 faizə çatır:
"Bu səbəbdən istirahət yerlərini əvvəlcədən rezervasiya etmək daha məqsədəuyğundur. Bu, artıq formalaşmış bir tendensiyadır. Azərbaycanlı turistlər Yeni ili xaricdə keçirməkdənsə, ailələri ilə birlikdə ölkə daxilindəki istirahət mərkəzlərinə üz tutmağa üstünlük verirlər. Xüsusilə dekabrın 30-dan yanvarın 3-dək olan dövrdə ölkədə qeyri-iş günlərinin olması bölgələrdə turist sıxlığını artırır.
Bakıda isə xarici turistlər arasında ilk yerləri Rusiya, daha sonra Türkiyə vətəndaşları tutur. Onlar əsasən şəhərin mərkəzi ərazilərindəki hotellərdə yerləşir, restoranlarda Yeni il tədbirlərinə qatılırlar. Yeni il turizm sektoru üçün hər zaman əlverişli dövr hesab olunur. Ümid edirik ki, bu il də Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq yüksək səviyyədə olacaq, həm yerli, həm də xarici turistlər ölkəmizə səfər edəcəklər".
Ekspert qeyd edib ki, bayram günlərində hotel və restoranlarda qiymətlər 30 faizədək artır:
Bununla belə, bayram günlərində bölgələrdəki istirahət mərkəzlərində, hotellərdə və şəhərin mərkəzində yerləşən restoranlarda qiymətlər ucuz olmur. Əksinə, qiymətlər ən azı 30 faizədək arta bilir. Gec rezervasiya edən müştərilər isə bu bahalaşma ilə üzləşirlər. Buna görə də istirahət yerini əvvəlcədən sifariş etmək həm daha münasib qiymət əldə etmək, həm də yer tapmaq baxımından daha məqsədəuyğundur".
Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Yeni il ərəfəsində, xüsusilə bayram tətili günlərində insanlar və ailələr bölgələrə səfər edərək istirahətlərini səmərəli keçirməyə çalışırlar:
"Tələbatın artması təbii olaraq qiymətlərə də təsir göstərir. Bununla belə, hər il bazara yeni yerləşmə məkanlarının daxil olması qiymətlərin kəskin artmasının qarşısını alır.
Son illərdə insanlar bölgələrə səfərlə yanaşı, xarici ölkələrə də üz tuturlar. Bu, əsasən şəxsi zövq, tələbat və maddi imkanlarla bağlıdır. Bölgələr arasında isə daha çox tanınmış və populyar turizm istiqamətlərinə tələbat olduğunu görürük. Xüsusilə Quba, Qusar, Qəbələ və Şəki istiqamətləri daha çox seçilir.
Cənub bölgəsinə də maraq var. Burada mövcud infrastruktur və otellərin imkanları turistlər üçün müxtəlif tədbirlərin, şənliklərin və konsertlərin təşkilinə şərait yaradır. Beləliklə, istirahətə gələn insanların əyləncəli vaxt keçirməsi də təmin olunur.
Adətən, bu istiqamətlər üzrə bir gecəlik, iki günlük və ya iki gecəlik, üç günlük istirahət paketləri təklif edilir. Lakin hazırda Yeni il ərəfəsi üçün nəzərdə tutulan paketlər hələ satışa çıxarılmayıb".
Ekspert ilin sonu və Yeni il bayramı üçün nəzərdə tutulan paketlərin adətən əvvəlcədən hazırlandığını deyib:
"Turizm şirkətləri bu paketləri reklam edərək satışını həyata keçirirlər. Bəzi hallarda isə otellər birbaşa özləri satış edirlər. Azərbaycanda daxili turizm üzrə, xüsusilə bu cür istirahət paketlərinin qiymətində oteldən birbaşa və ya turizm şirkəti vasitəsilə sifariş verilməsi arasında ciddi fərq olmur. Hər iki halda qiymət, əsasən, eyni olur.
Daha münasib qiymətlərlə istirahət etmək istəyənlər üçün Gəncə, Naftalan, İsmayıllı və cənub bölgəsi kimi istiqamətlər də alternativ sayıla bilər. Xüsusilə Gəncə və Naftalan istiqamətlərində nəqliyyat imkanları, o cümlədən sürətli qatarla səfər etmək imkanı turistlər üçün əlavə rahatlıq yaradır. Cənub bölgəsinə səfər də əlverişli seçimlərdən biridir. Ümumilikdə, yerləşmə, qidalanma və əyləncə xərcləri nəzərə alındıqda, Gəncə və Naftalan istiqamətləri daha münasib qiymətli istirahət imkanları ilə seçilir.
Xarici ölkələrə təşkil olunan turlara gəlincə, burada seçim imkanları daha genişdir. Üstəlik, xarici istiqamətlər üzrə tur paketlərini indidən araşdırmaq, qiymətləri müqayisə etmək və müxtəlif təklifləri dəyərləndirmək mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"