Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA
Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA
Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında turun açılış matçında son oyunda "Mançester Yunayted"ə yeddi cavabsız qolla qalib gələn "Liverpul" autsayder "Bornmut"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək.
Çempionlar Liqasında mərhələ keçən "Çelsi" "Lester"in qonağı olacaq, Avropa çıxışını başa vuran "Tottenhem" isə "Nottingem"i qonaq edəcək. Çempionluq mübarizəsini davam etdirən "Mançester Siti" "Kristal Pelas" səfərinə yollanacaq.
Vahid lider "Arsenal" "Fulhem"in qonağı olacaq. London komandalarının oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 18:00-da start götürəcək. Eyni gündə, eyni saatda "Mançester Yunayted" "Sauthempton"la oyunda "Liverpul" faciəsini unutdurmağa çalışacaq.
Almaniya Bundesliqasında şərikli liderlər - "Bayern" və "Borussiya" bu gün meydana çıxacaqlar. Münhen klubu öz meydanında "Auqsburq"u sınağa çəkəcəksə, dormundlular Gelzenkirxendə "Şalke"nin qonağı olacaqlar. "Bayern"in oyunu Bakı vaxtı ilə 18:00-da, "Borussiya"nın matçı 21:30-da başlayacaq.
İtaliya A Seriyasında lider "Napoli"ni çətin duel gözləyir. Ötən tur "Latsio"ya uduzan Luçano Spalettinin komandası evdə "Atalanta" ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.
"Yuventus" və "Roma" sabah meydana çıxacaqlar. Paytaxt təmsilçisi "Sassuolo"nu, Turin klubu "Sampdoriya"nı sınağa çəkəcək. Son çempion "Milan" isə bazar ertəsi meydana çıxacaq. "Salernitana" ilə ev oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
İspaniya La Liqasında ikinci yerin sahibi "Real" "Espanyol"la qarşılaşacaq. Bu gün baş tutacaq oyun Bakı vaxtı ilə 17:00-da start götürəcək. Lider "Barselona" isə martın 13-də oynayacaq. Katalonlar Bakı vaxtı ilə 00:00-da çətin "Atletik" matçına çıxacaqlar.
Türkiyə Super Liqasının lideri "Qalatasaray" "Kasımpaşa"nı sınağa çəkəcək. Bu gün keçiriləcək oyun 20:00-da başlayacaq. Sabah isə "Başakşehir" və "Beşiktaş" birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunun başlanma saatı 20:00-dır.
Həftəsonunun maraqlı oyunları
11 mart
İngiltərə Premyer Liqası
16:30. "Bornmut" - "Liverpul"
19:00. "Lester" - "Çelsi"
19:00. "Tottenhem" - "Nottingem"
21:30. "Kristal Pelas" - "Mançester Siti"
Almaniya Bundesliqası
18:30. "Bavariya" - "Auqsburq"
21:30. "Şalke" - "Borussiya" (Dortmund)
İtaliya A Seriyası
21:00. "Napoli" - "Atalanta"
İspaniya La Liqası
17:00. "Real" - "Espanyol"
Türkiyə Super Liqası
"Qalatasaray" - "Kasımpaşa"
12 mart
İngiltərə Premyer Liqası
18:00. "Fulhem" - "Arsenal"
18:00. "Mançester Yunayted" - "Sauthempton"
Fransa Liqa 1
00:00. "Brest" - PSJ
İtaliya A Seriyası
21:00. "Roma" - "Sassuolo"
23:45. "Yuventus" - "Sampdoriya"
Türkiyə Super Liqası
20:00. "Başakşehir" - "Beşiktaş"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Bakıda maraqlı toy karvanı - Video
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bakıda ətin qiyməti 19 manat oldu
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı