Premyer Liqa: "Neftçi" iki ildir xal vermədiyi "Şamaxı"nın qonağı olacaq
Azərbaycan Premyer Liqasında bu gün XXVI tura yekun vurulacaq.
Turun qapanış matçı Şamaxıda keçiriləcək.
Eyniadlı komanda çempionatın iddialı klublarından "Neftçi"ni qəbul edəcək. Son 5 dueldə "Şamaxı"ya qalib gələn "ağ-qaralar" seriyanı davam etdirməyə borcludurlar. Əks təqdirdə, ikinci pillədəki "Sabah"la xal fərqi artacaq.
Bölgə təmsilçisi isə məğlub olmamaqla həm iki illik "Neftçi" tilsimini qırmaq, həm də sonuncu pillədəki "Səbail"dən uzaqlaşmaq niyyətindədir. Üçüncü sıradakı bakılıların aktivində hazırda 52 xal varsa, "Şamaxı" 20 xalla doqquzuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun "Kəpəz" – "Zirə" və "Turan Tovuz" – "Qəbələ" görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, "Sabah" "Sumqayıt"ı 4, "Qarabağ" isə "Səbail"i 3 cavabsız qolla üstələyib.
Premyer Liqa
XXVI tur
12 mart (bazar)
15:00. "Şamaxı" – "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1282 Tarix: 12 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabr