İsrail Hərbi Hava Qüvvələri ABŞ-də "Qırmızı bayraq" təlimində iştirak edəcək
İsrail Hərbi Hava Qüvvələrinə məxsus yeddi "F-35" və iki "F-15" təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin martın 12-də Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında başlayacaq "Qırmızı bayraq" təlimində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında "Qırmızı Bayraq" təlimi başlayacaq. Təlim Nevada ştatındakı Nellis Hərbi Hava Qüvvələri bazasında keçiriləcək. İlk dəfə olaraq İsrail Hərbi Hava Qüvvələrinə məxsus 7 "F-35" və 2 "F-15" təyyarəsi ABŞ-də keçiriləcək təlimlərdə iştirak edəcək", - məlumatda deyilir.
İsrail ordusunun mətbuat xidməti əlavə edib ki, Nevadadakı təlim manevrləri iki həftə davam edəcək və "uzaq hava missiyaları, regionda hava üstünlüyünü əldə etmə, birgə hava hücumları, ərazinin müdafiəsi, düşmən təyyarələrinin ələ keçirilməsi, aşağı hündürlükdə uçuşlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş ərazilərdə uçuşlar da daxil olmaqla geniş ssenariləri əhatə edəcək". Bundan əlavə, birgə havada yanacaq doldurma praktikası həyata keçiriləcək, bu prosesdə "İsrail Hərbi Hava Qüvvələrinin tanker təyyarələri Amerika qırıcılarına yanacaq dolduracaq", "İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35" təyyarələri isə Amerikanın "KC-135 Stratotanker" təyyarəsi ilə yanacaq dolduracaq".
İsrail Müdafiə Qüvvələri qeyd edib ki, "Qırmızı bayraq" təlimləri "Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına sadiq olan əsas tərəfdaşlar kimi iki ölkənin hərbçiləri arasında operativ əməkdaşlığı gücləndirmək" məqsədilə keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb