Prezidentin köməkçisi: "BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar heç bir iş görmür"
"BQXK itkin düşmüş azərbaycanlılarla bağlı, demək olar ki, heç bir iş görmür".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.
"Bizim bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müəyyən suallarımız var. BQXK itkin düşmüş azərbaycanlılarla bağlı, demək olar ki, heç bir iş görmür.
Bundan əlavə, BQXK-nın Xankəndi Ofisi hələ də Bakı Ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabe olmaqda davam edir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb