Xoş gəlmisən yurdumuza Novruzum
Təbiətin dörd ünsürünü - Su, Od, Yel, Torpağı özündə ehtiva edən, zəngin tarixi və rəngarəng folkloru birləşdirən Novruz xalqımızın ən əziz bayramlarındandır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
"Papaq atmaq", "qulaq falı", "tonqaldan tullanmaq", "üzük falı", "səməni əkmək", "yumurta döyüşdürmək" və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini bir daha göstərir.
Bu əziz bayramı çox yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev Novruzla bağlı arzularını belə bildirmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram".
Bu gün Ulu Öndərin ruhu şaddır. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər artıq 2 ildir ki, qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub. 30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Artıq ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur, əminik ki, bundan sonra ölkəmiz bütün bayramları sülh və əmin-amanlıq şəraitində keçirəcəkdir.
Bayramınız mübarək, əziz xalqım.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1487 Tarix: 13 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabrAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel
11 oktyabrOv mövsümü başladı
Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat
10 oktyabrİstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10 oktyabr65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
11 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabr