Azərbaycanda bu universitetin bufeti bağlandı - AQTA-ya qarşı böyük ittiham
Sabahdan Lənkəran Dövlət Universitetinin (LDU) tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə universitetin feysbuk hesabında paylaşım olunub.
Bildirilib ki, buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi (QTALb) tərəfindən adı çəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir:
"Halbuki, universitet 26 dekabr 2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət edib və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv edib.
Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra QTALb tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalıb".
Universitetin yaydığı məlumatda AQTA-nın qərarında qərəz olduğu vurğulanıb:
"Sual oluna bilər: QTALb ən azından hamımızın hər gün baş çəkdiyimiz Lənkəran bazarındakı antisanitariya vəziyyətini görmürmü? Heç nəyi demirik. Niyə QTİLb bazarda üstünə qara milçəklər daraşan, toz-torpaq içində açıq vəziyyətdə satılan ət və digər ərzaq məhsullarının satışına qadağan qoymur, antisanitariya şəraitinə göz yumur? Sizcə niyə?
QTALb Lənkəran şəhərinin çirkab axıdan açıq kanalizasiya xətlərindən, həmin kanalizasiya çirkabının həyətlərdəki su quyuları ilə birləşməsindən xəbəri yoxdurmu? Lənkəranda intensiv yağışların yağdığı vaxtlarda həyətlərin sanuzellərinin su quyuları ilə birləşdiyini görmürmü QTALb?
İndiyə qədər QTALb hansı ərzaq istehsal edən və ya satan müəssisənin əməkdaşlarının tibbi müayinədən keçməsini tələb edib? Niyə QTALb Lənkəran şəhərinə verilən içməli suyun tərkibi ilə heç maraqlanmır da? Bəlkə siz deyəsiz, əziz tələbələr?
Çoxunuz marketlərdə, restoranlarda, şadlıq saraylarında fəaliyyət göstərirsiniz və oralardakı vəziyyəti çox da yaxşı bilirsiz. Bəli, QTALb-nin bu və bu kimi digər biabırçı hallara, vəziyyətə göz yummasının səbəblərini biz yaxşı bilirik.
Bu gün universitet tələbədən qeyri-qanuni heç bir ödəniş (rüşvət, filan) tələb etmir və QTALb-nin də qeyri-qanuni tələblərini rədd edib, bundan sonra da edəcək. Amma bununla yanaşı onu da deməyi özümüzə borc bilirik ki, universitet bütün nəzarət və təftiş qurumlarının, eləcə də QTALb-nin də QANUNİ tələblərini həmişə icra edib və bundan sonra da edəcək.
Əlavə olaraq onu da bildirək ki, universitetin tədris korpuslarında fəaliyyət göstərən kafelər fərdi sahibkarla Respublika Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. LDU bu məsələdə yalnız vasitəçi kimi çıxış edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama