Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib
Martın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.
Sonxeber.az xəbər verir ki, komitə sədri Tahir Rzayev iclasda iki sənədin – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Polis haqqında", "Baytarlıq haqqında" və "Atçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və "Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.
Əvvəlcə, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Polis haqqında", "Baytarlıq haqqında" və "Atçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub. Komitə sədri bildirib ki, layihə adıçəkilən qanunların "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbləri nəzər alınmaqla təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsinə, "Polis haqqında" Qanunun 14-cü maddəsinin 6-cı bəndinə və "Atçılıq haqqında" Qanunun 11.2-ci və 11.3-cü maddələrinə dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər edilib.
Qeyd olunub ki, "Baytarlıq haqqında" Qanuna yeni 15.3-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə ötürülür.
Sonra "Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Tahir Rzayev nəzərə çatdırıb ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 9 oktyabr 1992-ci il tarixli iclasında "Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında" Saziş imzalanıb. Azərbaycan həmin Sazişə 10 aprel 1998-ci ildə qoşulub.
O, bildirib ki, 2021-ci il 28 may tarixində imzalanmış protokol ilə yuxarıda qeyd olunan sazişlə təsdiq edilmiş Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə yeni redaksiyada verilir. Əsasnamədə Şuranın funksiyaları, onun tərkibi, fəaliyyətinin təşkili, üzvlərinin hüquq və vəzifələri barədə müddəalar öz əksini tapıb. Bununla yanaşı, Şuranın Katibliyinin funksiyaları və Şuranın prosedur qaydaları müəyyən edilir.
Müzakirələr zamanı komitə üzvləri Novruzəli Aslanov, Cavanşir Paşazadə,İqbal Məmmədov, Aydın Hüseynov çıxış edərək, təqdim olunan layihələri məqbul hesab ediblər. Deputatlar, habelə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə, suvarma ilə bağlı mövcud vəziyyət barədə fikirlərini və bəzi qeydlərini açıqlayıblar.
Komitə sədri Tahir Rzayev qaldırılan məsələlərə münasibət bildirib. O, qeyd olunan sahələrdə görülən tədbirlərdən danışıb, bu istiqamətdə yeni texnologiyaların tətbiqinin, əhali arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən bəhs edib.
Müzakirələrin sonunda iclasda təqdim olunan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama