Azərbaycanda 17 yaşlı qızların nikahı qadağan oluna bilər

Azərbaycanda 17 yaşlı qızların nikahı qadağan oluna bilər"Qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur".

Sonxeber.az xəbər verir ki, bunu report-a açqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva qanunvericilikdə nikah yaşının 18 yaş nəzərdə tutulduğunu xatırladıb:

"Lakin xüsusi hallar olarsa, 1 ildən çox olmamaqla, yəni 17 yaşda yerli icra hakimiyyətləri tərəfindən müraciətə əsasən, bu məsələlər qiymətləndirilir və icazə ilə əlaqədar qərar verilir. Sözügedən məsələ ilə bağlı beynəlxalq təcrübə öyrənildi, eyni zamanda milli qanunvericiliyin analizi, təhlili nəticəsində belə bir təklif irəli sürdük ki, 17 yaşda nikah kəsilməsi üçün qəbul edilən üzrlü səbəblər götürülsün. Çünki həmin səbəblər uşaqlarda müəyyən neqativ halların baş verməsinə səbəb olur".
"Uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır, eyni zamanda əsasən, qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur. Həmçinin tibbi baxımdan da gənc qızların ana olması doğulan körpələrdə və anada müəyyən fəsadlara gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq komitə kimi belə bir təklif irəli sürmüşük", - A.Sofiyeva vurğulayıb.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Sənəddə bildirilir ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 870   Tarix: 14 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərlik və intizam siyasətinin mühüm elementi kimi

"Təhsil sisteminin inkişafı yalnız məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir tədris metodlarının tətbiqi və müəllimlərin peşəkarlığının artırılması ilə məhdudlaşmır. Eyni zamanda, məktəbdə formalaşdırılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmi

11 oktyabr
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10 oktyabr