"Növbəti üç ildə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər özünün rekord səviyyəsinə çatacaq" - ŞƏRH
"Almaniya xarici siyasət kursunda ən ciddi istiqamət dəyişikliyi edən Avropa ölkələrindən biridir. Şimal Axını layihələrinə arxa duran və Avropanı Rusiyanın karbohidrogen ehtiyatlarından daha çox asılı salan ölkə olmasına baxmayaraq sonda mövqeyində dəyişiklik etdi. Hətta müharibəyə başlayandan bəri Rusiyanın 5,32 milyard avro məbləğində aktivlərini dondurub. Azərbaycanla Almaniya arasında olan iqtisadi əlaqələrə gəlincə isə hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəyə gəlib çatmayıb. Belə ki, pandemiya vaxtı, yəni 2020-ci ildə 817,6 milyon dollarlıq dövriyyə 2021-ci ildə 1 milyard 284 milyon dolları keçsə də, bu göstərici 2019-cu illə müqayisədə 357 milyon dollar azdır. Çünki, 2019-cu ildə ticarət dövriyyəsi 1 milyard 641 milyon dollar olmuşdur. Ötən il (2022) isə ticarət dövriyyəsi nəinki 2019-cu ilə gəlib çatdı, əksinə yenidən 27 milyon dollar geriləyərək 1 milyard 257 milyon dollar düşdü. Ümumiyyətlə isə Azərbaycan və Almaniya arasında ən yuxarı ticarət dövriyyəsi 2,6 milyard dollarla 2014-cü ildə olmuşdur. Yəni, ticari dövriyyənin böyük rəsminə baxsaq geriləmə var".
Bu sözləri Sonxeber.az-a iqtisadi ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, bütün bu dinamika onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri siyasi baxımdan nə qədər önəmlidirsə, iqtisadi baxımdan bir o qədər vacibdir.
"Çünki iki ölkə arasında mövcud potensialdan səmərəli və doğru istifadə edilməsi üçün bu işgüzar səfərə çox böyük ehtiyac vardır.
Düşünürəm ki, bu il mümkün olmasa belə, 2024-cü ildə pandemiyadan əvvəlki göstəriciləri üstələmək mümkün olacaq. Növbəti üç ildə isə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər özünün rekord səviyyəsinə çatacaq. Hər halda Almaniyanın Avropada ən böyük, dünyada isə dördüncü iqtisadiyyata sahib olduğunu, Azərbaycanın isə sülh sazişindən sonra iri iqtisadi layihələrin olacagını nəzərə alsaq potensialın buna imkan verəcəyini deyə bilərik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1222 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabrSabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində
11 oktyabr4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10 oktyabrQaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video
Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d
10 oktyabrPensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə
10 oktyabrAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabr