Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki "qara bulud"lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan "xan"ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib.
"Yeni Sabah" xəbər verir ki, Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi.
Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.
Vasif Talıbovun "vurulmasından" sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur.
Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb.
Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1410 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
11 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabrİstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10 oktyabrQiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ
"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət
10 oktyabrBakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabr