Bu mesajlardan sizə də gəlir? - Ehtiyatlı olun! - FOTO
Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq edənlər yeni metoda əl atırlar.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın mobil operatorlarına məxsus nömrələrə oxşayan, əslində isə xarici ölkələrə məxsus saxta nömrələrdən vətəndaşlara iş təklifləri ilə bağlı həvəsləndirici mesajlar daxil olur. Demək olar ki, hər kəsin telefonuna belə iş elanları gəlir və daha sonra yazışamalar vatsap üzərinə yönləndirilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bu kimi hallarla qarşılaşaraq dələduzluqla üzləşən şəxslərin polisə müraciət etməli olduğunu deyib:
"Son dövrlərdə saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar elan saytları vasitəsi ilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Daha sonra isə həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur.
Həmin şəxslər adətən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı vatsap vasitəsilə aparırlar. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat texniki əməliyyat axtarış və əməliyyat istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur".
DİN bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırıb: "Həmçinin tanımadığınız şəxslərə etibar etmədiyiniz şirkətlərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi" vasitəsi ilə məlumat verə bilərsiniz".




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3174 Tarix: 17 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabrAzərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti
10 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabrAzərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
11 oktyabrMəktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10 oktyabr