Tahir Mirkişili: "225 milyon manat əsassız ödənişin yalnız 35 milyon manatı bərpa edilib"
"Dövlət maliyyə nəzarəti sahəsində görülən işləri təqdir etməklə yanaşı, bu sahədə keyfiyyətcə yeni yanaşmaların zəruri olduğunu düşünürük. Hesabatda təqdim edilən rəqəmlər də bizi bu qənaətə gəlməyə vadar edir".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, 2022-ci ildə görülmüş nəzarət tədbirləri nəticəsində 225 milyon manat həcmində artıq və əsassız ödənişlərin yalnız 35 milyon manatının bərpasını təmin etmək mümkün olub:
"Ümumiyyətlə, təcrübə göstərir ki, vəsaitlərin itkisi ilə, hadisə baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur. Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zaman özəl sektorda da müşahidə edilir".
"Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,7%-də vergi qanunvericiliyinin, mühasibatlıq və maliyyə intizamının pozulması halları aşkar edilib. Ona görə də, maliyyə planlamasında və mühasibatlıq intizamında pro-aktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ciddi ehtiyac yaranıb. Məsələn, hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, büdcədən maliyyələşən təşkilatlarda maliyyə rəhbərlərinin yarı müstəqilliyinin təmin olunması, onların çalışdığı orqanla yanaşı dövlət büdcəsinə cavabdeh orqan qarşısında da hesabatlı olması pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər" – Tahir Mirkişili əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 783 Tarix: 17 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
5 gün ardıcıl iş olmayacaq
Mayda Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq. xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı i
30 aprelMehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. "Report"
29 aprelAAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində daha bir vəzifəli şəxs işdən azad edilib. Qaynarinfo-nun məlumatına görə, qurumun Nəzarət şöbəsinin rəisi Mehman Hüseynov İsrafil oğlu da işdən çıxarılıb. O, sözügedən xidmətdə əsas fiqurlardan biri kim
29 aprelAzərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı
2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili
29 aprelBakıxanovda maşından oğurluq edənlər kameraya düşdü - Video
Aprelin 28-i Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus "KIA" markalı avtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərl
29 aprelXəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib
30 aprelAZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir. "Airbus A320neo" 630
30 aprelADNA-da törədilən terror aktından 17 il ötür
Terror hadisəsindən 17 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdl
30 aprel