Uşaq futbolunda oyun alveri: "Sabah" "Vətən"ə qəsdən uduzub?
Bütün dünyada belədir: uşaq futbolunda heç kim nəticə tələb etmir. Çünki belə tələb azyaşlıların psixologiyasına, onların peşəkar kimi yetişməsinə ciddi təsir edər. Amma Azərbaycanda tam əksinədir.
Uşaq futbolunda nəticə olduqca önəmlidir. Niyə belədir? Çünki klublarda uşaq futboluna cavabdeh olan dəllallar ayrılan vəsaitin əksər hissəsini mənimsəyirlər, rəhbərlik qarşısında özlərinə bəraət qazanmaq üçün isə nəticələri ortaya qoyurlar: Filan yaş qrupu çempion olub, filan yaş qrupu da 2-ci yeri tutub. Vəssalam. Amma ortada yetişən futbolçu olmur sonda.
Azərbaycanın uşaq futbolunda növbəti qalmaqal yaşanır. Qalmaqalda "Sabah"ın adı hallanır. "Sabah" uşaq futboluna ciddi maliyyə ayıran komandalardanır. Amma deyəsən, rəhbərlik bu sahəyə cavabdeh şəxsləri ciddi araşdıraraq seçməyib.
Bir neçə valideynin Aut.az-a şikayətində iddia olunur ki, "Sabah"ın uşaq komandalarında oyun alveri baş alıb gedir.
Deməli, "Sabah" və "Vətən"in uşaq komandaları eyni mənbədən maliyyələşir. U-13 liqasında "Sabah" pley-offa vəsiqəni qazanıb, amma "Vətən" buna nail ola bilməyib. Buna görə də, martın 15-də bu komandalar arasında keçirilən oyunda lider "Sabah" gözlənilmədən "Vətən"ə məğlub olub – 0:3.
Özü də qarşılaşma çempionatın keçirildiyi Hövsan qəsəbəsində yox, "Sabah"ın təkidi ilə "Şəfa" stadionunda baş tutub.
Valideynlər iddia edirlər ki, "Sabah" "Vətən"ə qəsdən uduzub.
Uşaqları indidən alverə öyrədən bu dəllallar Azərbaycan futboluna sarsıdıcı zərbə vururlar.
Ümid edək ki, "Sabah" rəhbərliyi iki gündür hamının müzakirə etdiyi bu məsələni araşdıracaq.
Aut.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 873 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə
10 oktyabrAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ
10 oktyabrAzərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
11 oktyabr4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10 oktyabrPensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
11 oktyabrAvtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
11 oktyabr