Martın sonunda planetlərin "paradı" olacaq
Astronomlar bildirirlər ki, artıq martın sonunda Yupiter, Merkuri, Venera, Uran və Mars planetləri səmada bir cərgədə düzüləcək. Həmin günlərdə kosmik fəzada Günəş sistemindəki planetlərin nadir düzülüşü görünəcək, "parad" kimi tanınan astronomik hadisə baş verəcək. Bu hadisənin tam elmi adı olmasa da, bir çox insanlar planetlərin gecə səmasında düzülüşünü məhz "parad" termini ilə ifadə edirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər martın 28-də günəşin qürubundan sonra səmada 5 planetin hamısının kifayət qədər aydın görünəcəyini bildirirlər. Bu halda ən parlaq planetlər - Merkuri və Yupiter üfüqdən yuxarıda görünəcək, eləcə də səmada bir qədər yüksəkdə Venera peyda olacaq. Mars bir qədər az görünəcək, Uranı görmək üçün isə durbindən istifadə etmək lazımdır.
Böyük Britaniyanın Edinburq Universitetindən Bet Billerin fikrincə, planetlərin vizual olaraq eyni xətdə göründükləri zaman meydana gələcək düzülüş iki və ya üç planet istisna olmaqla, qeyri-adi sayılmır. Ancaq beş planetin düzülməsi daha nadir bir hadisədir. Məsələn, planetlərin belə paradı 2022, 2020 və 2016-cı illərdə müşahidə olunub. Keçən il Yerin şimal yarımkürəsinin sakinləri Merkuri, Venera, Mars, Yupiter və Saturnun düzülüşünü izləyə biliblər.
Biller qeyd edib ki, səmada Venera və Yupiteri görmək çox asan olacaq. Əslində, son bir neçə həftə ərzində bu iki planet artıq bir-birinə yaxın məsafədə müşahidə olunub. Mars o qədər parlaq olmasa da, adi gözlə görünəcək. Merkuriyə gəlincə, o, yalnız səma çox açıq olduqda görünəcək. Ancaq Uranı durbinsiz və ya teleskopsuz aşkar etmək mümkün olmayacaq.
Eyni zamanda, astronomlar qeyd ediblər ki, bu planetlərin hamısını eyni anda aydın şəkildə görmək insanın olduğu məkandan, hündür ağaclar və binalar kimi maneələrin mövcudluğundan asılı olacaq. Əgər siz buna vaxt ayırsanız və durbindən də istifadə etsəniz, o zaman martın sonunda şahid olacağınız planetlərin paradı uzun müddət yaddaşınızda qalacaq. Bu ay nadir kosmik hadisəyə şahidlik edə bilməsəniz belə, astronomlar deyirlər ki, 2023-cü il üçün hələ planetlərin bir neçə paradı gözlənilir. Məsələn, apreldə Merkuri, Uran, Venera və Marsın bir sırada düzüldüyünü görmək olar və həmin ay başqa bir oxşar hadisə zamanı Mars, Venera, Uran və Merkurinin "paradı" olacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1225 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabr