Avropa çempionatı: Azərbaycan yığması son gündə bir qızıl, iki bürünc medal qazana bilər – AFİŞA
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-23 Avropa çempionatına bu gün yekun vurulacaq.
Yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.
74 kq çəki dərəcəsində bir gün əvvəl bütün rəqiblərini üstələyən Turan Bayramov final görüşünə çıxacaq. Onun həlledici dueli moldovalı Vasile Diakona qarşı olacaq.
86 kq-dakı Fərid Cabbarov təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Cabbarovun da rəqibi Moldova təmsilçisi olacaq. Azərbaycan güləşçisi İvan İçizliyə qalib gələrək, üçüncülük yarışını davam etdirməyə çalışacaq. 21 yaşlı idmançı bunu bacarsa, türkiyəli İsmail Küçüksolaka rəqib olacaq.
92 kq çəkidəki Azərbaycan təmsilçisi Abdulcəlil Şabanov isə bürünc medal üçün döşəyə çıxacaq. O, Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha daha əvvəl sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar. Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 720 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb
"Formula-1"in dördqat çempionu, fransalı Alen Prost İsveçrənin Nion şəhərindəki evinə basqın zamanı başından xəsarət alıb. "Blick" nəşrinə istinadən xəbər verir ki, quldur hücumu mayın 19-da səhər saatlarında baş verib. Maska taxmış naməlum şəxslər avtopilotun evinə soxulublar, yarana
24 mayNövbəti kimdir? - "Qarabağ"dan anons+Video
"Qarabağ" klubu rəsmi instaqram hesabında etdiyi paylaşımla növbəti transferinin anonsunu verib. "Qafqazinfo" xəbər verir ki, növbəti mövsüm ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək Ağdam klubu paylaşımda "Tezliklə" qeydini yazaraq yeni futbolç
20 mayBu gün Avropa Liqasının qalibi bəlli olacaq
Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. "Qafqazinfo" xəbər verir ki, həlledici görüşdə "Frayburq" (Almaniya) və "Aston Villa" (İngiltərə) komandaları üz-üzə gələcək. İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək oyun Bakı vaxt
20 may"Qarabağ"ın növbəti transferi kimdir? - Bakıya gəldi
"Qarabağ" transfer edəcəyi növbəti futbolçunun adına aydınlıq gəlib. "Qafqazinfo" xəbər verir ki, bu 26 yaşlı qambiyalı hücumçu Zakaria Savodur. Bu barədə Kiprin saytı məlumat yayıb. Futbolçunun artıq Bakıya yollandığı bildirilir. Mərkəz hücumçusu müqavilə ilə "Yurqorden"
21 may"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərinin sayı azaldı (SİYAHI)
"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 8-dən 6-ya enib. Buna "Aston Villa"nın Avropa Liqasının qalibi olması səbəb olub. Belə ki, İngiltərə klubunun çempion olması ilə yeni mövsümündən I təsnifat mərhələsində 16 yox, 12 komand
21 mayMakqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
İrlandiyalı qarışıq döyüş sənəti ustası (MMA) Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq. -ın xəbərinə görə, bu barədə "New York Post" nəşri məlumat verib. Məlumata görə, Makqreqor ABŞ-li Maks Holloue ilə döyüş keçirəcək, irlandiyalı UFC ilə danışıqların son mərhələsindədir
16 may"Qarabağ"ın daha 2 rəqibi bəlli oldu
Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın daha iki potensial rəqibi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bunlar Serbiyanın "Voyvodina" və Rumıniyanın "Universitatya Kluj" klublarıdır. Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu
20 may"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
"Qarabağ" klubu İsveçin "Yurqorden" klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər. Bu barədə Sportime.sigmalive nəşrinə istinadən xəbər verir. Məlumata görə, hazırda Kiprin "AEL Limassol" klubunda çıxış edən Zakaria Savonun icarə müddəti bitdikdən sonra karyerasın
16 may"Real" Denzel Dumfrisi 25 milyon avro qarşılığında heyətinə qata bilər
İtaliyanın "İnter" klubunun futbolçusu Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər. "Report" yerli mətbuata istinadən xəbər verir ki, "Real" 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. Niderlandlı oyunçu Madrid təmsilçisi üçün əsas transfer hədəflərindən biridir
23 may