Brüsseldə başlayıb, Təbrizdə bitirəcəyik - Qaradağlı

Brüsseldə başlayıb, Təbrizdə bitirəcəyik - QaradağlıBir həftəyə yaxın zamanımız qalıb. Avtobus və təyyarə biletləri tədarük olunub. Bizim hədəfimiz 5000 soydaşımızın Brüsseldə bir araya gəlməsidir. Hədəfimizə çatacağıq.

Bu sözləri Axar.az-a tanınmış güneyli fəal və Azərbaycan Milli Qurtuluş Hərəkatının sədri Eldar Qaradağlı "Azadlıq və Ədalət" yürüşü haqqında danışarkən deyib.

Yürüşlə bağlı maddi dəstəyin önəmli olduğunu bildirən Qaradağlı çağırışlara baxmayaraq, imkanlı şəxslərin ciddi dəstək göstərmədiyini vurğulayıb:

"Bizə adi vətəndaşlar yardım etdi. Hətta zəlzələdən zərər görən Xoy bölgəsindən olan yardım bizim üçün cəsarət və enerji verən amildir. Məhz bu səbəbdən biz öz məqsədimizə çatmaq üçün gecə-gündüz çalışırıq. Böyük komandamız 3 komitə əsasında fəaliyyət göstərir. İlk dəfə olaraq Güney azərbaycanlıların bir yerə gəlməsinin şahidi olacağıq".

Qaradağlı Güney azərbaycanlıların martın 25-də Brüsseldə keçirilməsi planlaşdırılan aksiyasının təbliğatının böyük səs-küy doğurduğunu, ancaq əngəl olmağa çalışanların da az olmadığını bildirib:

"Artıq son günlər susqun qardaşlarımız da dilə gəlməyə məcbur olublar. Əzizlərimiz yanlış hərəkətləri, davranışları və baxışları ilə bu cabanı yoxa çıxartmağa çalışırlar. Lakin bu çaba gecə-gündüz verdiyimiz əməyimizin sayəsində elə bir mərhələyə gəlib çatıb ki, geriyə dönüşü yoxdur və olmayacaqdır. Bəzi dostlarımız yersiz iradlar deyir, bəzi bəyanatlar verir və fikirlər səsləndirirlər. Buradan Milli Oyanış Hərəkatının başqanı və heyətinə səslənirəm: Güney Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi hamımızın arzusudur. Buna kimsə şəkk-şübhə etməsin. Bizim bu hərəkatımız Brüsseldə başlayıb, mütləq Təbrizdə bitəcək. Biz Azərbaycan Milli Hərəkatı olaraq meydana çıxmışıq. Hərəkatımız heç bir təşkilatın, fərdin, inhisarçı düşüncənin meydanı deyil. Bütün düşüncələrin, ideyaların, fikirlərin meydanıdır. Heç kim deyə bilməz ki, yalnız Milli Hərəkat mənəm. Milli Hərəkat hamının ana hərəkatıdır. Burada hər hansı qurum üstünlük təşkil etmir. Bütün təşkilatlar hamılıqla əl-ələ veribdir. Arzumuz budur ki, Azərbaycan türk millətinin və Güney Azərbaycanın Milli Hərəkatının içindən çox böyük rəhbərlərimiz və öndərlərimiz çıxsın. Biz buna çalışırıq. Kimsə bu gün Güney Azərbaycanın öndəri, lideri və son söz deyəni deyil. Azərbaycan türklərinin milli ideolagiyası və Azərbaycan türkçülüyü bu yürüşün ən başında gedən məsələdir. Bunu irançılara, mücahidlərə, şahçılara bənzətmək yanlışlıqdır. Dostlarımız millətdən, milli bağlardan, milli kimlikdən danışanda çox diqqətli olmalıdırlar".

Eldar Qaradağlı yürüşün ümumi çağırış əsasında həyata keçirildiyinə diqqət çəkib:

"Hərəkatın üzvləri hesab edir ki, bizim üçün faşist islam respublikası ilə faşist pəhləvilər və faşist mücahidlər arasında heç bir fərqi yoxdur. Bizim üçün Azərbaycan Milli Hərəkatı vardır. Bunu "İran türkləri" və "İran Hərəkatı" deyə adlandıranlar var idi ki, ilk həftələrdə kənarlaşdırıldılar. Gördülər ki, bura onların meydanı deyil. Ola da bilməz. Çünki biz Güney Azərbaycanın istiqlaliyyətini hər şeydən üstün görürük. Hamımız elə düşünürmü? - deyə bilmərəm. Belə olsaydı, hamımız bir partiya, bir qurum, bir dəstə olardıq. Yürüş gününə qədər, bu Koordinasiya Mərkəzinin üzvü və maliyyə qrupunun başqanı olaraq, buradan elan edirəm, indiyə kimi heç kəsə, xüsusi vurğulayıram, heç kimə dəvətnamə göndərməmişik. Durub deməsinlər ki, bizi dəvət etməyiblər. Heç kimi dəvət etməmişik. Ümumi çağırış etmişik. Mücahidlərlə kimsə görüşürsə, ondan mənə nə? Mən mücahidlərlə görüşməmişəm. Mən də bu hərəkatın içində olanlardan biriyəm. Bütövçülük və Turançılıq ruhumuzdadır".

O, həmçinin, mübahisə doğuran bayraq məsələsinə də aydınlıq gətirməyə çalışıb:

"Yürüşdə simgə olaraq seçilən bayraq Milli Hərəkatın mücadilə rəmzidir. Bu, Güney Azərbaycanımızın bayrağı kimi deyil, bir hərəkatı təmsil etsin deyə ortaya qoyulub. Bu bayrağı qamçılayanlar bilsinlər ki, bütövçülüyümüzdən öncə Güney Azərbaycanın dövləti yaranmalıdır. Bir müstəqil ölkə olmadan başqa müstəqil ölkə ilə birləşmək mümkün deyil. Bunu bilməlidirlər ki, Güney Azərbaycanın dövlətçiliyinin bir simgəyə ehtiyacı vardır. Heç kimin iddiası yoxdur ki, bu bayraq Şimali Azərbaycanın dövlət bayrağı olacaq. Ola bilər - əgər millət buna alışsa, ürəyində böyütsə, əlbəttə ki, olar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 962   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr