"Google"un yeni "Android" Zəlzələ Xəbərdarlığı Sistemi

"Google"un yeni "Android" Zəlzələ Xəbərdarlığı SistemiSon zamanlar dünyada tez-tez baş verən zəlzələlər nəticəsində cəmiyyətdə qorxu, həyəcan hissi artıb. Zəlzələlərdən qabaqcadan xəbərdar olmaq üçün insanlar müxtəlif üsullar axtarışındadırlar. Bu üsullardan biri də telefonlar üçün uyğunlaşdırılmış "Google" "Android" Zəlzələ Xəbərdarlığı Sistemidir. Bəs bu sistem nədir və ondan necə istifadə olunur?

"Google" şirkəti öz infrastrukturundan və texnologiyasından istifadə edərək, bütün dünyada baş verən zəlzələləri aşkar edən və istifadəçilərə xəbərdarlıq göndərən pulsuz sistem hazırlayıb. Xəbərdarlıq sistemi sayəsində vətəndaşlar zəlzələdən saniyələr əvvəl xəbərdar edilərək onların daha təhlükəsiz yerə hərəkət etməsinə şərait yaradılır.

Sözügedən proqram yalnız "Android" cihazları üçün əlçatandır. "iOS" üçün "Google" Zəlzələ Xəbərdarlığı sistemi hələlik aktiv deyil. Bu xəbərdarlıq sistemi telefonların "yer" parametrlərindən istifadə edir. Belə ki, bu proqram hər zəlzələnin aşkar ediləcəyinə də zəmanət vermir. Çünki telefon yaxın ətrafda 4,5 və ya daha yüksək bal gücündə zəlzələləri təyin edə bilir. Proqram telefonlardakı akselerometrlərdən istifadə edərək, silkələnməni aşkarlayır və təsirlənmiş ərazidəki "Android" istifadəçilərinə xəbərdarlıqlar göndərir.

Android Zəlzələ Xəbərdarlığı Sistemi hazırda Android OS 5.0 və daha yuxarı olan bütün smartfonlarda işləyir. Sistemin iPhone-lara nə vaxt gələcəyi bilinmir, lakin Android Zəlzələ Xəbərdarlıq Sistemini istifadə etmək istəyən Android smartfon istifadəçiləri, "Ayarlar" bölməsindəki "Məkan" seçiminə sıxaraq telefonlarında "Təcili Yerləşdirmə Xidməti"ni aktivləşdirə bilərlər.

Türkiyə, Yeni Zelandiya və Yunanıstan ilə birlikdə ABŞ-dan kənarda Android sistemli zəlzələ xəbərdarlığından istifadə edən ilk ölkələr sırasındadır. Android Zəlzələ Xəbərdarlıq Sisteminin gələcəkdə Filippin, Qırğızıstan və Özbəkistan kimi ölkələrdə də tətbiq planlaşdırılır.

Qeyd edək ki, "Google"un yeni sistemi ABŞ, Yunanıstan Yeni Zelandiyaya,Türkiyə, Filippin və digər ölkələrdə mövcuddur. Şirkət yaxın zamanda bütün dünyada bu proqramı aktiv etməyi planlaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2204   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?

Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesab olunur. Son dövrlərdə diqqət çəkən vərdişlərdən biri gecə saatlarında çanağa duz tökülməsidir. Bəs bu tətbiqin arxasında hansı səbəblər dayanır?. xəbər verir ki, Yaponiyada ev təmizliyində çox vaxt baha başa gələn kimyəvi maddələ

22 mart
.

Çiyələyi sarımsağın yanında əkin - səbəbi sizi heyrətləndirəcək

Yaz və yayda çiyələkfən ləzzət almaq üçün bir çox insan bu giləmeyvəni həyətində və ya bağında əkir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər çiyələyin sarımsağın yanında xüsusilə yaxşı inkişaf etdiyini iddia edirlər. Sarımsaq zərərvericilərə qarşı çox yaxşı vasitədir. Üstəlik, bu kimyəv

16 mart
.

Kənd sakinlərini təəccübləndirən görüntülər - VİDEO

Bayburt şəhərinə bağlı Sırakayalar kəndində, qarla örtülü ərazidə dolanan bir vaşaq kənd sakinləri tərəfindən mobil telefonla görüntülənib. türk mediasına istinadən xəbər verir ki, qorunan növlər arasında yer alan vaşağın kənddə görünməsi sakinlərdə böyük həyəcan yaradıb. Kəndlilər nadir rast gəlinə

18 mart
.

Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - VİDEO

Bir xalqın tarixini onun adət-ənənələri və bayramları müəyyən edir. Bütün türk xalqlarının ənənəsində yer alan Novruz bayramı ortaq dəyərlərimizi əks etdirir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Elmi araşdırmalar Novruzun qədim tarixə malik olduğunu və islamdan əvvəlk

21 mart
.

Futbol oynayan yaşlı qadın nəvəsi yaşında gəncə həyatının şokunu yaşadıb - VİDEO

Braziliyada yaşlı qadının vurduğu qol sosial mediada gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, Braziliyada yaş və cinsiyyət fərqi olmadan insanların futbola olan sevgisi diqqət çəkməyə davam edir. Küçədə oynanan bir futbol matçında yaşlı bir qadının vurduğu möhtəşəm qol sosial şəbəkələrd

16 mart
.

78 yaşlı kuryer bir çatdırılmadan 700 min dollardan çox qazandı: bu necə baş verdi

Bu inanılmaz məbləğ, maddi çətinliklərlə üzləşən cütlüyə nəhayət, istədikləri kimi istirahət etməyə imkan verəcək. Tennessi ştatında sadə bir Starbucks çatdırılması, ölkə daxilindəki tanımadığı insanları cütlüyün təqaüdə çıxmasına kömək etmək üçün yarım milyon dollardan çox ianə etməyə ruhlandırdıqda

16 mart
.

Everesti fəth etmək istəyən alpinistlərə YENİ QAYDA

Everest zirvəsini (8848.86 m) fəth etməyə çalışan alpinistlər artıq 2-ci baza düşərgəsindən (6 400 - 6 750 m) yuxarıdakı ərazilərdən ən azı 2 kiloqram zibili özləri ilə geri gətirməli olacaqlar. xəbər verir ki, bu barədə "The Himalayan Times" qəzeti xəbər yayıb. Nepal hakimiyyəti tərəfində

17 mart
.

Alimlər ağır koronavirusla ağciyər xərçəngi arasında əlaqəni müəyyən etdilər

Ağır keçirilmiş COVID-19 və ya qrip infeksiyalarından illər sonra ağciyər xərçənginin yaranma ehtimalı mövcuddur. xəbər verir ki, bu barədə "Science Daily" məlumat yayıb. Tədqiqatçılar müəyyən ediblər ki, şiddətli virus infeksiyaları ağciyərlərdəki immun hüceyrələrinin strukturunu dəyişərə

17 mart
.

Eyni gündə 2 bayram - Bu adlar nə qədər populyardır?

Hazırda yaşadığımız mart ayında bayram bayrama qarışıb. Uzun illər boyunca çox az təsadüf edilən hal - Novruz və Ramazan bayramları eyni gündə qeyd olunur. Maraqlıdır, son 5 il ərzində neçə uşağa Ramazan və Novruz adları verilib?. "Qafqazinfo" Ədliyyə Nazirliyinin rəsmi göstəricilərinə istinadə

21 mart