De Byazinin siyahısında sual doğuran məqamlar: Klubunda şans qazanmayanların millidə nə işi var?

De Byazinin siyahısında sual doğuran məqamlar: Klubunda şans qazanmayanların millidə nə işi var?Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə keçirəcəyi oyunlar üçün açıqlanan heyəti futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

"Report"un məlumatına görə, baş məşqçi Canni De Byazinin 27 nəfərlik siyahısı yığmaya çağırılması gözlənilən bəzi oyunçuların kənarda qalması ilə diqqət çəkib.

Premyer Liqada mövsümün üçüncü dövrəsini əhatə edən 2023-cü ildə baş tutan oyunlara əsasən, bəzi futbolçulara haqsızlıq edildiyi qənaətinə gəlmək olar. Eyni zamanda, siyahıda sürpriz adlar da az deyil. Bir sözlə, martın 24-də Avstriya, 27-də isə İsveçlə səfər görüşünə yollanacaq heyətdə kifayət qədər qəribəliklər mövcuddur:

Məsələn, italiyalı mütəxəssisin Tellur Mütəllimov, Rüstəm Əhmədzadə, Namik Ələskərov, Toral Bayramov, Ceyhun Nuriyev və Filip Ozobiçi hansı əsasla milliyə çağırdığı ilə bağlı izahı maraqlı olar. Axı adıçəkilən futbolçuların bu il klublarındakı varlıqları ilə yoxluqları bilinmir. Kiminsə vaxtilə heyətdə yer alması ona daim "yaşıl işıq" yandırmaq məcburiyyəti yaratmamalıdır. De Byazi başa düşməlidir ki, yığma komanda adından da göründüyü kimi, seçilənlərin yeridir. Bura adından, nüfuzundan asılı olmayaraq, hazır olanlar gəlməlidirlər. Milli futbolçunun forma yığması üçün nəzərdə tutulan yer deyil. De Byazi klublara yox, klublardakı həmkarları italiyalıya futbolçu hazırlamalıdır.

Ancaq görünən odur ki, "Neftçi"də zədədən yeni qayıdan Eddi İsrafilov, əsas heyətə düşməkdə çətinlik çəkən Azər Salahlı fiziki formalarını yaxşılaşdırmaq prosesini A millidə keçəcəklər. Bundan başqa, bir aya yaxındır futbol oynamayan Bəxtiyar Həsənalızadənin çağırılmasını da anlamaq çətindir.

Bəlkə də, De Byazi yuxarıda adları sadalanan oyunçulardan beynəlxalq təcrübələrinə görə əl çəkə bilməyib. Bu düşüncə isə yaxşı formada olan bir çoxlarının yolunu bağlayıb.

Yusif Nəbiyev, Fərid Nəbiyev (hər ikisi "Kəpəz"), Murad Musayev ("Qəbələ"), Şəhriyar Əliyev ("Turan Tovuz"), Rəhim Sadıxov, Qismət Alıyev (hər ikisi "Zirə"), Fuad Bayramov, Amil Yunanov (hər ikisi "Şamaxı") və Amin Seydiyev ("Sabah") mövsümün üçüncü dövrəsini yığmada olanların çoxundan qat-qat yaxşı keçiriblər. Hətta onların bəzilərinin beynəlxalq təcrübəsi də var.

"Şamaxı"dakı Cəlal Hüseynovdansa Fuad Bayramovun orada yer almağa daha layiq olduğunu görmək üçün heç mütəxəssis olmağa ehtiyac yoxdur. Eləcə də, "Sabah"da əcnəbilərin kölgəsində itib-batan Namik Ələskərovdansa və ya "Zirə"də baş məşqçinin yadına düşəndə meydana buraxdığı Rüstəm Əhmədzadədənsə, aşağı pillələrdəki "Şamaxı"da bu il 4 qol vurmağı bacaran Amil Yunanov ehtiyatdan hücumu gücləndirmək üçün heç də pis variant olmazdı. "Qəbələ"nin heyətində müdafiənin mərkəzində stabil çıxış edən Murad Musayev çağırılan həmkarlarından heç də zəif deyil.

Zədəli Şahruddin Məhəmmədəliyevin yoxluğunda qapıda dayanmağa ən layiqli qolkiper, şübhəsiz ki, Yusif İmanovdur. Gənc və təcrübəsiz ola bilər. Ancaq həm yaxşı formadadır, həm də beynəlxalq arenada şans əldə etməyi haqq etdiyini çıxışı ilə göstərib. Ondan fərqli olaraq, nə Səlahət Ağayev, nə də Emil Balayev indi yığmanı gücləndirəcək durumdadırlar. Qapı xəttindəki rəqabətsizlik baş məşqçini onlara möhtac qoyub. "Zirə"nin qolkiperi Mehdi Cənnətov da bu iki qapıçıdan birinin yerində ola bilərdi.

Legioner həyatı yaşayan elə çox futbolçu yoxdur ki, 4 nəfərin çağırılmasına hansısa irad bildirəsən. Yalnız Almaniyanın "Ertsgebirge" klubunda "ikinci bahar"ını yaşayan Dmitri Nazarovu da nəzərdən keçirmək olardı.

Azərbaycan millisinə çağırılan futbolçuların 2023-cü ildə keçirdikləri oyun və meydanda olduqları dəqiqə sayı aşağıdakı kimidir.

Premyer Liqada oynayanlar:

Yusif İmanov ("Sabah") – 9 oyun (810 dəqiqə): -5 qol

Səlahət Ağayev ("Qəbələ") – 9 oyun (810 dəqiqə): -14 qol

Emil Balayev ("Səbail") – 9 oyun (810 dəqiqə): -16 qol

Cəlal Hüseynov ("Şamaxı") – 9 oyun (810 dəqiqə)

Emin Mahmudov ("Neftçi") - 9 oyun (780 dəqiqə): 4 qol

Höccət Haqverdi ("Neftçi") - 9 oyun (759 dəqiqə): 1 avtoqol

Azər Əliyev ("Neftçi") - 9 oyun (726 dəqiqə)

Ramil Şeydayev ("Qarabağ") – 9 oyun (668 dəqiqə): 3 qol

Musa Qurbanlı ("Qarabağ") – 9 oyun (649 dəqiqə): 8 qol

Azər Salahlı ("Neftçi") - 9 oyun (488 dəqiqə)

Tellur Mütəllimov ("Sabah") – 9 oyun (303 dəqiqə)

Aleksey İsayev ("Sabah") - 8 oyun (687 dəqiqə): 1 qol

Elvin Camalov ("Sabah") - 8 oyun (664 dəqiqə)

Rüstəm Əhmədzadə ("Zirə") – 8 oyun (363 dəqiqə)

Elvin Cəfərquliyev ("Qarabağ") – 7 oyun (591 dəqiqə): 1 qol

Bəxtiyar Həsənalızadə ("Sabah") - 6 oyun (540 dəqiqə): 1 qol

Bəhlul Mustafazadə ("Qarabağ") – 6 oyun (479 dəqiqə)

Riçard Almeyda ("Qarabağ") – 6 oyun (369 dəqiqə)

Namik Ələskərov ("Sabah") – 6 oyun (270 dəqiqə)

Eddi İsrafilov ("Neftçi") – 5 oyun (363 dəqiqə): 1 qol

Toral Bayramov ("Qarabağ") – 5 oyun (225 dəqiqə)

Ceyhun Nuriyev ("Sabah") – 5 oyun (68 dəqiqə): 1 qol

Filip Ozobiç ("Qarabağ") – 4 oyun (116 dəqiqə)

Legioner həyatı yaşayanlar:

Ozan Can Kökçü ("Eyndhoven", Niderland) – 13 oyun (803 dəqiqə)

Renat Dadaşov ("Qrasshopper", İsveçrə) – 9 oyun (690 dəqiqə): 4 qol

Mahir Emreli ("Dinamo", Xorvatiya / "Konyaspor", Türkiyə) – 5 oyun (231 dəqiqə)

Anton Krivotsyuk ("Visla", Plotsk, Polşa / "Tecon Xana, Cənubi Koreya) – 4 oyun (360 dəqiqə)


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 790   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

"Barselona"nın futbolçusu üçün 2021-ci il erkən başa çatdı

"Barselona"nın futbolçusu Martin Breytueyt üçün 2021-ci il erkən başa çatıb. -a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun dizindəki zədə səbəbindən 3-4 aylıq sıradan çıxdığı bildirilib. Qeyd edək ki, Breytueyt bu mövsüm 3 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib

12 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021