Azərbaycan XİN Ermənistana cavab verdi

Azərbaycan XİN Ermənistana cavab verdiAzərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab verib.

Sonxeber.az xəbər verir ki, Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən bəyanatını qətiyyətlə pislədiklərini və rədd etdiklərini bildirib.

"Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq. Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın "pozuntusu" və "qanunsuz məskunlaşma" kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir. Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini "erməniləşdirmək" və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir", - o vurğulayıb.

A.Hacızadə deyib ki, Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmət etməsini tələb edir: "Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı daxil olmaqla bu ölkənin siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını nümayiş etdirir. 2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir. Azərbaycanın sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur. Ermənistan bu kimi bəyanatlarla, sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitməsini, habelə 2022-ci ilin dekabr ayında danışıqların növbəti raundundan imtina edilməsi ilə prosesə son zərbəsini ört-basdır etməyə cəhd edir".

"Məlum olduğu kimi, hələ 2020-ci il müharibəsindən əvvəl Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn ilk gündən etibarən Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdı. N.Paşinyanın rəhbərliyi altında Ermənistan "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etdiyi, cəzasızlıq sindromuna qapılaraq 2020-ci il iyul toqquşmalarından sonra Azərbaycana qarşı 7 əsassız şərt irəli sürməsi yaxşı məlumdur. Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq, indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir. Ermənistan tərəfinin bununla son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin "reinteqrasiya" termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır", - XİN sözçüsü qeyd edib.

A.Hacızadə vurğulayıb ki, Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar: "Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdət və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil olmaqla bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquqla yanaşı bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq. Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Beləliklə, Ermənistanın "etnik uyğunsuzluq" konsepsiyasından və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"ndan əl çəkib dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər".

Sözçü bildirib ki, 30 illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə alət etmək səylərinə son qoymalı, Azərbaycan Respublikasının beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır: "Azərbaycan Ermənistanın bütün qanunsuz müdaxilə cəhdlərinə, şantaj və təhdid səylərinə baxmayaraq, öz ərazilərinin işğalına son qoyduqdan sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığını davam etdirir. Ermənistan tərəfinə xatırladırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti 2021-ci ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Suqovuşan qəsəbəsində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılarla yerində tanış olub. Azərbaycan Ermənistanın vandallıqlarından fərqli olaraq, apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki, bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyəti də məhz Azərbaycanın qanunvericiliyi çərçivəsində davam edəcək və Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək".

"Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbini rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi. Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir. Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürməklə Azərbaycan ərazilərində minalanma və digər terror fəaliyyəti həyata keçirir. Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim etdiyi məlumdur. Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 49 nəfər həlak olub. Ermənistanın eyni zamanda bütün səyləri ilə Üçtərəfli bəyanatı kobudcasına pozaraq, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılmasına mane olduğu bəllidir. Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma "etnik təmizləmə" və "soyqırımı" nağıllarına baş vuran Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır. Həmçinin Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdiyi və soyqırım aktları törətdiyi məlumdur. Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı barədə faktların danılması mümkün deyil. Ermənistanın bu kimi təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq axtarışlar apararaq 1700-dən artıq, 2022-ci il sentyabr ayında Ermənistan təxribatı nəticəsində isə 200 nəfərə yaxın erməninin cəsədini Ermənistana təhvil verib. Görünür ki, Ermənistan tərəfi Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş niyyətlə gördüyü tədbirləri unudub. Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa, regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırırıq", - A.Hacızadə qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1602   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub. xəbər verir ki, bununla bağlı REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında "Mir Şahinin vaxtı" verilişində "Milli namus məsələsi" sənədli filmi təqdim olunub. Sənədl

23 mart
.

"XIII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir" - DEPUTAT

"Dünya siyasətində transformasiya proseslərinin sürətləndiyi bir dövrdə keçirilən XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir"- bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib: . "Forum çərçivəsində dünyanın müxtəlif ölkələrində

13 mart
.

Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir"

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışınd

12 mart
.

Rövşən Məhərrəmov: "Ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır"

Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edirlər ki, hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi var. -a istinadl

26 mart
.

Bakı və Brüssel münasibətləri yeni mərhələyə qədəm qoyub

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi günü-gündən güclənir, dünyanın aparıcı dövlətləri Azərbaycanla münasibətlərin genişlənməsində maraqlıdır. Xüsusilə Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra ölkəmizin beynəlxalq nüfuzu dah

13 mart
.

Azərbaycan Prezidenti: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

"Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübədir. Milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faiz işğal altında oldu". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindək

12 mart
.

İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şəri

20 mart
.

Maduro və həyat yoldaşı yenidən hakim qarşısında

Manhetten federal məhkəməsində Venesuela prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə prosesi başa çatıb. xəbər verir ki, dinləmə təxminən bir saat yarım davam edib. Dinləmənin əsas məsələsi ABŞ hökumətinin Maduro və həyat yoldaşı Siliya Floresin hüquqi xidmətləri üçün Venesuela hökumətinin ödənişin

27 mart
.

Rusiyada yaşayan soydaşlarımızla bağlı narahatlıq yaradan məsələ

Rusiyada işçi qüvvəsi çatışmazlığı ölkənin məmur və iş adamlarını Şri-Lankadan əmək miqrantları gətirməyə vadar edib. Baku TV-nin xəbərinə görə, Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan Cənubi Asiya ölkəsindən işçilərin gəlişi barədə məlumat verib. O, Şri-Lankadan olan əmək mühacirlərinin ilk qruplarını

26 mart