Əməliyyatların başlaması an məsələsidir: Bu postlar vurulacaq - VİDEO

Əməliyyatların başlaması an məsələsidir: Bu postlar vurulacaq - VİDEOAzərbaycanla Ermənistan arasında yeni bir qarşıdurma ehtimalları hər ötən gün daha da çoxalır. Artıq Azərbaycan tərəfi də başa düşür ki, rus sülhməramlıları burada tamam başqa işlərlə məşğuldur. Çünki sülhməramlılar üzərinə götürdüyü öhdəlikləri icra etmir. Azərbaycan ərazisinə silah-sursatın daşınması, yolların çəkilməsi, separatçılara edilən yardımlar bilavasitə rus sülhməramlılarının iştirakı ilə həyata keçirilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, qarşı tərəf digər yandan isə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir:

"Sülh müqaviləsi imzalamağa hazır olduqları ilə bağlı məntiqsiz açıqlamalar verirlər. Nikol Paşinyan və Ararat Mirzoyanın, eyni zamanda Moskvanın qeyri-səmimi davranışlarını davam edir. Sözsüz ki, bütün bunlar real müstəvidə gərginlyi yenidən artırır".

Polkovnik hesab edir ki, geniş miqyaslı müharibə ehtimalı azdır: "Sadəcə olaraq lokal xarakterli döyüş əməliyyatları həyata keçiriləcək. Qisas əməliyyatı sanki yenidən davam etdiriləcək. Sözsüz ki, qisas əməliyyatı yarımçıq qalmışdı. Ona görə də bu, sona çatdırılmalıdır. Çünki onlar başqa yol qoymayıb. Hər ötən gün erməni tərəfi Qarabağa silah daşıyır, yeni hərbi mövqelər inşa edir. Azərbaycan tərəfi buna ancaq bəyanatlarla cavab vermək niyyətində deyil".

Üzeyir Cəfərov deyib ki, yaxın günlərdə növbəti hərbi əməliyyatların aparılması ilə bağlı konkret addımların şahidi ola bilərik:

"Sözsüz ki, bu gün Azərbaycanın Ermənistanla şərti dövlət sərhəddinə qoşun toplamasına ehtiyac yoxdur. Çünki orada ordumuzun hərbi birləşmələri mövcuddur. Bütün bunlar tərəflər arasında lokal toqquşmanın qaçılmaz həddə olduğunu göstərir. Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirlikləri də artıq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, qarşı tərəfin bu təxribatlara sona kimi dözmək mümkün deyil. Çünki Azərbaycana başqa seçim yolu qoymayıblar. Ölkəmiz bununla bağlı dəfələrlə çağırışlar etdi. Amma görünən odur ki, onlar düzəlmək istəmirlər. Məhz bu konteksdən çıxış edərək demək olar ki, hərbi əməliyyatların başlaması artıq an məsələsidir. Çünki erməni tərəfi güc görməsə, onlara havadarlıq edənlər bu amilli hiss etməsələr hərəkətlərinə düzəliş etməyəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 3746   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024