"Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarıla bilərlər"

"Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarıla bilərlər""Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalara görə Rusiya da məsuliyyət daşıyır. 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanatın dördüncü maddəsi yerinə yetirilmir".

Bunu "Report"a açıqlamasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

O bildirib ki, sözügedən sənədin tələbinə zidd olaraq qeyri-qanuni erməni silahlıları Qarabağdan çıxarılmayıblar:

"Əksinə, rusiyalı sülhməramlılar qanunsuz silah daşınmasına şərait yaradırlar. Bu isə onu göstərir ki, Rusiya, əslində, regionda sülhün və sabitliyin olmasında maraqlı deyil. Əksinə, bu dövlət gərginlik üçün çalışır. Çünki rəsmi Moskva sülhməramlıların Qarabağda daha uzun müddət qalmalarını istəyir. Perspektivdəki gərginlik isə bunun üçün fürsət ola bilər. Regionda sabitlik təmin olunacağı təqdirdə isə onların fəaliyyətinə ehtiyac qalmayacaq".

S.Zahidovun sözlərinə görə, Moskva həm də Brüssel və Vaşinqton formatlarının onun maraqlarına uyğun olmadığına dair rəsmi Bakıya mesaj verməyə çalışır:

"Sözsüz ki, Azərbaycan da öz tələblərini Rusiyaya çatdırmalıdır. Biz Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını, həmçinin Üçtərəfli Bəyanatın dördüncü bəndinə uyğun olaraq, erməni terrorçuların Qarabağdan çıxarılmasını tələb etməliyik. Əks halda Rusiya hazırkı mövqeyini davam etdirəcək və belə davam edərsə, biz Moskvadan uzaqlaşa bilərik. Əgər Rusiya bizim milli maraqlarımızı nəzərə almırsa, biz də eyni cür davrana bilərik".

Politoloq söyləyib ki, Azərbaycan Ordusu öz maraqları və təhlükəsizliyi naminə növbəti antiterror əməliyyatını keçirə bilər:

"Xüsusilə sülhməramlıların nəzarətinin zəif olduğu yerlərdə bu, mümkündür. Biz bir neçə dəfə oxşar əməliyyatlar icra etmişik. Bundan başqa, sülhməramlıların sənəddə göstərilən vaxtdan, yəni 2025-ci ildən daha tez Qarabağdan çıxmasını tələb edə bilərik. Doğrudur, sənəddə beş il yazılıb. Amma orada başqa bəndlər də var. Halbuki həmin bəndlərə nə Rusiya əməl edir, nə də Ermənistan".
Qeyd edək ki, dünən, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkət etdiyinə dair məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus bir ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus üç ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan bir ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər Üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

Bundan başqa, ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdikləri məlum olub.

Bu, ilk belə hal deyil. Qarabağdakı sülhməramlı kontingent ermənilərin qanunsuz əməllərinə şərait yaratmaqla özlərinə olan inamı da sıfıra endirir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2759   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr