Türkiyəli ekspert: "Qarabağda məğlub olan ermənipərəstlər ABŞ-ın "Demokratiya sammiti"ndə Azərbaycanı yox, Ermənistanı görmək istəyirlə

Türkiyəli ekspert: "Qarabağda məğlub olan ermənipərəstlər ABŞ-ın "Demokratiya sammiti"ndə Azərbaycanı yox, Ermənistanı görmək istəyirlə"Ermənistanın qərbli müttəfiqləri, xüsusilə ABŞ və Fransadakılar Cənubi Qafqazı istədikləri kimi dizayn edə bilmədiklərinə görə, Qarabağda məğlubiyyət psixologiyası yaşayırlar. Buna görə də ABŞ keçirəcəyi növbəti antidemokratik "Demokratiya sammiti"ndə yenə də Azərbaycanı yox, Ermənistanı görmək istəyir".

Bunu "Report"un Ankara bürosuna Ankara Sosial Elmlər Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə ekspert Dr. Gökberk Durmaz ABŞ-da keçiriləcək "Demokratiya sammiti"nə Azərbaycanın dəvət edilməməsini şərh edərkən bildirib.

Ekspert bir çox hallarda insan haqları pozuntusuna yol verən bu ölkələrin insan haqları ilə bağlı tədbirlər təşkil etməsini, hesabatlar dərc etməsini "tragikomik hal" adlandırıb: "ABŞ-ın demokratiya haqqında dedikləri ilə etdikləri arasında dağlar qədər fərq var. Daxili siyasətlərində eks-prezident Donald Trampa qarşı təzyiq etmək üçün qanunsuzluğa yol verirlər. İraq, Əfqanıstan kimi ölkələrdə "demokratik əməliyyatları" göz önündədir. Bu cür fəaliyyətlərlə postsovet dünyasını formalaşdırma cəhdləri də puç oldu deyə onların artıq heç bir etibarı qalmayıb. Odur ki, "Demokratiya sammiti" kimi tədbirləri də ciddi qəbul etmək doğru olmaz".

Hazırda Azərbaycanda yaşayan milli azlıqlar və digər dini inanclara mənsub olan insanların ölkəmizdə tolerantlıq çərçivəsində qəbul edildiyini vurğulayan ekspert deyib ki, bununla müqayisədə Ermənistanın Qarabağı işğalı zamanı müsəlmanlara qarşı törətdiyi qətliamları, mütəmadi hücumları, işğal etdiyi torpaqlarda yol verdiyi vəhşilikləri "Demokratiya sammiti"nin görməzdən gəlməsi anormal haldır: "Demokratiya sammiti" Ermənistandakı hansı demokratiyadan danışa bilər?"

Ekspertin fikrlərinə görə, Türkiyənin son illərdə imperialist qüvvələrə qarşı müqaviməti və müstəqil kurs müəyyən etməsi ermənipərəst qərblilərin maraqlarına zidd olduğu üçün onları "qəzəbləndirib".

G.Durmaz "Demokratiya sammiti"nə Azərbaycanla yanaşı Türkiyə və Macarıstanın da dəvət edilmədiyini daha bir məqamla əlaqələndirib: "Son zamanlarda türk dünyasında ortaya çıxan irəliləyişlərin ermənipərəst qüvvələrin narahatlığına səbəb olduğu açıq-aydın ortadadır. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi və bu birliyin türk dünyasına əks olunaraq genişlənməsi Ermənistanı və qərbli müttəfiqlərini tədirgin edib. Eynilə Macarıstanın da türklüyü ön plana çıxararaq həyata keçirdiyi müstəqil siyasət Avropa İttifaqı və ABŞ tərəfindən sözün əsl mənasında qəbul edilmir".

Ekspert Türkiyənin son illərdə imperialist qüvvələrə qarşı müqaviməti və bu istiqamətdə müstəqil kurs müəyyən etməsinə də diqqət çəkib: "Rəsmi Ankaranın bu siyasəti ermənipərəst qərblilərin maraqlarına ziddir. Ancaq bütün cəhdlərə baxmayaraq, türk dövlətlərinin "qızıl alma"ya - bütövləşən türklüyə doğru gedən yolu kəsilməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1125   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr