Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələrinə Bakıda görüşməyi təklif edib
Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələrinə regionda inteqrasiya və infrastruktur layihələrini müzakirə etmək üçün Bakıda görüşməyi təklif edib.
Sonxeber.az xəbər verir ki, erməni icmasının nümayəndələrinə aprelin əvvəli Bakıda görüş təklif olunub.
Bildirilib ki, görüşdə Azərbaycandakı erməni icmasının inteqrasiyası və Qarabağda həyata keçirilən infrastruktur layihələri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndələri martın 1-də rus sülhməramlılarının nəzarəti ilə Xocalıda yerləşən qərargahda erməni icmasının nümayəndələri ilə görüşüb.
Azərbaycan növbəti görüşün martın 13-də Bakıda keçirilməsini təklif etsə də, bu təklif qəbul edilməyib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1157 Tarix: 27 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr