Bulvarda çəkiliş aparmaq qadağandır? - VİDEO
"Xəzər Xəbər"in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.
BAKU.WS xəbər verir ki, əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandır.
21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurddur, gülüncdür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətində qalır.
Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?
Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəniz sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.
Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib, amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.
Dənizkənarı bulvar idarəsinin mətbuat katibi Könül İmamverdiyeva suallarımıza cavab olaraq bildirdi ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə almalısınız.
Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnaməni əvvəldən axıra qədər oxuduq və heç bir bənddə "jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar" müddəasına rast gəlmədik.
Hüququqşünas Şamil Paşayev də təsdiqləyib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1370 Tarix: 28 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. -ın -a istinadən məlumatına görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq-mühafiz
30 aprelHəmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama
İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Açıqlamada vurğulanıb ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədo
30 aprelKürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)
Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə
29 aprelWUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib. xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır"
29 aprelMayda hava necə keçəcək?
May ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, may ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkild
29 aprelAprelin son günündə hava necə olacaq?
Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı
29 aprelİldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO
Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram
29 aprelÖlkədən çıxışa qadağa: hüquqi əsaslar və tətbiq qaydası
Qloballaşan dünyada sərbəst hərəkət etmək hüququ mühüm əhəmiyyət kəsb etsə də, bəzi hallarda vətəndaşların ölkədən çıxışına hüquqi məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlər əsasən şəxsin üzərinə düşən öhdəliklərin icrasını təmin etmək və ictimai maraqları qorumaq məqsədi daşıyır. Bəs, ölkədən çıxış
29 aprel