Niyə məhz deputat Fazil Mustafa?

Niyə məhz deputat Fazil Mustafa?"Məlum olduğu kimi, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədildi. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Heç şübhəsiz ki, cinayətkarlar tapılaraq hüquqi məsuliyyətə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın. Bu gün bu terroru İran tərəfinin törətdiyini düşünənlər az deyil. Ancaq düşünürəm ki, istintaqın nəticəsi bilinmədən hansı tərəfi və ya dövləti günahlandırmaq hələki düzgün olmazdı. Deputat Fazil Mustafa həm Parlamentdə, həm də mediada davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəmizə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönəlmiş çıxışlar edirdi. Ö öz çıxışlarında tez-tez İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində cərəyan edən xoşagəlməz prosesləri də sərt tənqid edirdi. Görünür ki, diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan özünün ikinci müstəqillik tarixinin ən şərəfli, eyni zamanda ən gərgin dövrünü yaşayır.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədəki zəfərini, bölgədə yeni reallıq yaratmasını, müstəqil siyasət yeritməsini, heç bir regional və beynəlxalq təzyiqə boy əyməməsini nə qonşu dövlətlər, nə də bir sıra Qərb dövlətləri qəbul etmək istəmir.
Digər bir reallıq isə ondan ibarətdir ki, son illər regionumuz və dünyamız heç zaman olmadığı qədər gərgin və ağır bir mərhələyə daxil olub. Hamı bulanıq suda balıq tutmağa çalışır. Qlobal güclərin siyasətindən bu gün ən çox əziyyət çəkən isə kiçik və təzyiqlərə boyun əyməyən dövlətlərdir. Ancaq onu da hər kəs bilməlidir ki, bu kimi təxribat və cəhdlərlə Azərbaycanın mövqeyinə təsir etmək və ya dəyişmək qeyri-mümkündür. Vətənini sevən, dövlətinə bağlı olan hər kəs dövlətinin və Prezidentinin yanındadır. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu təzyiqlərə və təxribatlara sinə gəlməyə çalışır. Qarşı tərəflər isə müxtəlif bəhanələrlə bu təzyiqləri artırmağa çalışırlar. Ona görə əvvəl də qeyd etdiyim kimi, qarşıdakı günlərdə yeni təxribatların baş vermə ehtimalları kifayət qədərdir. Bu təxribatlar müxtəlif istiqamətlərdə özünü büruzə verə bilər. Ona görə xalqımızın bir, ayıq-sayıq olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi çox önəmlidir. Eyni zamanda, hüquq mühafizə orqanlarının da üzərinə çox böyük vəzifələr düşür. Həddən artıq-ayıq sayıq olmağa çox ciddi ehtiyac var. Allah dövlətimizi və xalqımızı qorusun!"

AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4228   Tarix: 29 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr
.

Ov mövsümü başladı

Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat

10 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır

Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək

11 oktyabr
.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr